İstiqlalçılar hansı proqramı təklif edir?

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

12 dekabr 2003
”Güney” jurnalı, № 1, Bakı 2004
"Məqalələr toplusu" kitabı, Stockholm 2005

 

Müqəddimə

İstiqlalçılar, inqilabçı-natsionalisti dünya görüşünə və xalqın mübarizə ən’ənələrinə söykənərək, mahiyyətcə milli-demokratik (millətləşmə və demokratikləşmə) proqramı təklif edirlər, ixtiyarlarında olan bütün imkanlarından istifadə edərək, Güney Azərbaycan xalqının siyasi, iqtisadi və ictimai-mədəni maraqlarını müdafiə yolunda mübarizə aparırlar. İstiqlalçılar, Güney Azərbaycan xalqının milli azadlıq mübarizəsini, mütərəqqi və çağdaş natsionalizm ideologiyasına əsaslandıraraq, Güney Azərbaycan vətəndaşının və Azərbaycan millətinin inkişafı qarşısında bütün mane’lərə qarşı mübarizə edir, fərdi azadlıq, xalqımızın müstəqil və bağımsız yaşaması, müstəqil Güney Azərbaycan dövlətinin yaranması, ictimai rifah və iqtisadi ədalətin tə’minatı yolunda müxtəlif yollarla mücadələ aparırlar.
İstiqlalçılar, Güney Azerbaycan Probleminin həllini, Güney Azərbaycan xalqına bir birləşmiş azad vətəndə görürlər.
 
İdeologiya əsasları 
Bəşəriyyətin bugünkü tarixi mərhələsi, ictimai, iqtisadi, siyasi və mədəni nailiyyətlərin nəticəsində əldə edilmişdir. Lakin, bəşəriyyətin inkişafı, bütün fərd, qrup və millətlərin insan təfəkkürünün və işçi qüvvəsinin nailiyyətlərindən faydalanma imkanını əldə edənədək, tamamlanmamış qalacaqdır.
İnsanın, insan üzərində əsarəti tarix boyunca var olmuşdur.
İste’mar, yeni-iste’mar, istibdad və istismar, əsarətin müxtəlif növləridir və militarizm, rasizm, assimilasya, allinasya və diktatorluqla büruzə verilirlər, eyni zamanda ideoloji, mədəni və iqtisadi yollar ilə. Nəticə, inhisarçılıq, milli haqqlara hörmətsizlik, insan haqqlarına e’tinasızlıq, ekoloji və çevrə aludəliyidir. “Ariyaçılıq”, “islamçılıq”, “ümmətçilik” adı altında, millətlər, qadınlar, uşaqlar və zəhmətkeşlər, siyasi-ictimai-iqtisadi məhrumiyyətlərə mə’ruz qalırlar.
İnsanlar və cəmiyyətlər, xalqlar və millətlər, azadlıq və bərabərliyə, hər zaman, can atmışlar və onları əldə etmək üçün mübarizə aparmışlar. Həm fərdlərin və həm də cəmiyyətlərin inkişafı üçün bu təbii və şüurlu mübarizə, həyatın subyektiv və obyektiv faktorlarının qarşılıqlı tə’sir nəticəsində inkişaf etmişdir.
Həm milli azadlıq yolunda mübarizələr, həm də bəşəri cəmiyyətlərin təkamülü (dinc və ya inqilabi yollarla), ədalətli siyasi, ictimai və iqtisadi sistemlərin bərpa edilməsi yolundadır. Bu, tarixi məzmundur.
Sənayeləşmənin çoxalması və texnologiyanın ani inkişafları, bəşər inkişafına imkanlar və daha sonrakı müvəffəqiyyətlər üçün yeni şəraitlər yaratmışdır. Ancaq, insan cəmiyyəti, həm beynəlxalq ayrı-seçkiliyə və həm də ictimai qütbləşməyə problematik qalır.
İstiqlalçılar inanır ki, milli-demokratiya yolu, siyasi, iqtisadi və ictimai inkişafa ədalətli və rifahlı münasibətlər bağışlaya bilər. Milli-demokratiya təfəkkürü, fərdin və xalqın azadlığı, həmçinin millətlərin tam müstəqil və bağımsızlığı, vahid kollektiv olaraq onların ahəngdar yanaşı yaşama və əməkdaşlıqları uğrunda mübarizə aparan bir yol və anlayışdır. Bu paralel mübarizələr, demokratik vasitələrlə yerinə yetirilir, ancaq orada ki demokratiya əngəllənir –inqilab ilə.
İstiqlalçıların milli-demokratiya idealı, bir insan cəmiyyəti yaratmaqdır ki- orada ferd bütün etnik, dini-mensubiyyət, milli, siyasi, ictimai və iqtisadi ayrı-seçkilik, zülm, əsarət və istismardan azad olur.
Milli-demokratiya təfəkkürünün həyata keçirilməsiylə, hər bir vətəndaş, ictimai rifahın marağında ədalətli iqtisadi münasibətlərin qurulmasında iştirak etməyə sövq edilir.
Milli mədəniyyət, ölkə, çevrə və yeraltı sirvətlər, milli mülkiyyətlərdir və strateji əhəmiyyət daşıyırlar.
Milli-demokratiya hər növ mülkiyyət ilə razılaşır: hökümət, kollektiv-kooperativ və xüsusi-fərdi.
Cəmiyyətdə sənaye, kənd təsərrüfatı və xidmət sahələri, iqtisadi fəaliyyət formalarının tərkib hissələridir. Ancaq, ictimai firavanlığın bərpası, istehsalın inkişafı, sirvətin bir yerə yığılması, inhisarın qarşısının alınması, gərək nəzərə alınsın.
Sənayə və kənd təsərrüfatı, işçi çoxluğunun azad iştirakı ilə təşkil olunur. İqtisadi sistem, kooperativləri məhdudlaşdırmadan və azad rolu ilə, özünəhakimolmaqla, mərkəzləşdirilməmiş müdiriyyət ilə xarakterizə olunur.
Mərkəzləşdirilməmiş müdiriyyət, bə’zən aktual maraqların ziddinə olsa da, yuxarıdakı məqsədə nail olunacaqdır. Bu tək işçi çoxluğuna fayda vermir, bəlkə bütün millətin inkişafına yardım edir.
Bizim üçün, millət –bir unikal tarixi-mədəni, dil və ictimai-siyasi varlıq olaraq əsasi bir dəyərdir. Bu, beynəlxalq bəşəri və hərtərəfli intellektual və əxlaqi inkişaf üçün, əhəmiyyətli faktordur.
Fərdin inkişafı üçün millət, ən çox dəyişən çərçivədir (ətraf şəraitdir). Burada, intellekt və əxlaqi inkişaf, qarşılıqlı əlaqə və şəxsi tərəqqi üçün, fərdin ən gəniş imkanları var.
İstiqlalçılar, bütün milli üstünlük və şovinistik fikir bilidirişlərinin anlayışlarını rədd edir -ona görə ki, onlar insan cəmiyyətinin normal inkişafına mane’ olurlar.
Hər bir millətin vətəni –onun tarixi və coğrafi yurdu –onun aydın ətraf mühiti, əsas yaradıcılığı, yaşaması və inkişafı, onun təbii və ayrılmaz haqqlarına daxil olur.
Hər bir millətin yaşaması onun vətənindəki müstəqil və legitim dövlət ilə qaranti olunur. Dövlət millətin siyasi iradəsini təmsil edir, onun maraqlarını qoruyur, ümumi və müştrək müdafiə və təhlükəsizliyinə tədarük görür, və onun inkişafını tə’min edir. Müstəqil dövlət, təbii bəşər inkişafı üçün tələb olunur. Zorla qəbul edilmiş hərhansı bir rejim və ya hakimiyyət, müstəqil yaşama prinsiplərinin biabırcasına pozulmasıdır, zalimanədir və hərhansı şərait altında qəbuledilməzdir. Müstəqil yaşamaq haqqına hərhansı bir məhdudiyyət tətbiq edilməzdir. O qüvvədə qalır, hətta o millətlər üçün ki qətl’am və ya öz vətənlərindən deporte olmuşlar. Bir milləti məhv etmək üçün, hər bir cəhd, bəşəriyyətə qarşı cinayətdir. Bu, bütün millətlərin doğru haqqıdır ki, müsləmləkəçini, müstəbiddi, milli azadlıq mübarizəsi ilə və ya hərhansı bir uyğun vasitə ilə devirsin.
Millətlər, aydın xarakterləri və xüsusi mədəniyyətləri ilə bəşəriyyəti zənginləşdirə bilərlər. Müstəqil və bağımsız millətlərin harmonik yanaşı yaşamaları, onların assimilasyaya mə’ruz qalmalarını aradan qaldırır.
İstiqlalçılar inanır ki, natsionalizm və milliyətçilik idealları demokratiyasız imkansızdır və demokratiya da natsionalizmsiz tamamlanmamışdır və naqisdir.
Demokratiya, insan haqqlarına və sivil haqq ilə azadlıqlara hörmət üçün zamindir. Demokratiya, hüquqi müdafiə fikir azadlığına, müxtəlif siyasi partiyaların varlığına, tam söz azadlığına, vicdan, mətbuat, yaradıcılıq və iş azadlığına, qadınların cinsi bərabərliyinə tədarük görür.
Demokratiya, azad və bərabər səs vermə hüququ ilə, və qanun qarşısında bərabər qorunma ilə xarakterizə olunur. O, institutlaşdırılmış nümayəndəlik sistemi ilə xalqın tam və bir mə’nalı iştirakını siyasi, ictimai və mədəni həyatda qoruyur. Beləliklə də məhsuldar münasibətlər hakimiyyət və xalq arasında bərpa edir.
Demokratiya qanunverici, məhkəmə və icra hakimiyyətləri arasındakı güc ayrılığını kökləndirir.
Öz ideologiyasına sadiq olan istiqlalçılar, bütün öz imkanlarını Güney Azərbaycan xalqının siyasi, iqtisadi, ictimai və mədəni maraqlarını azad azərbaycanlı, azad vətəndaş və azad vətən yaratmaq məqsədi ilə müdafiə etməyə, həsr edirlər.

 

Tarixi əsaslar
Azərbaycan türk millətinin vətəni olan –Azərbaycan, sivilizasiyanın ən qədim məkanlarındandır, zəngin və qədim tarixli bir ölkədir. Çox minilliklər ərzində zəngin mədəni bir miras bu bölgədə yaradılmışdır –ki, dünya mədəniyyətinin xəzinə evinə hədiyyələr bağışlamışdır. Azıx mağarasının kəşfi –ki dünyada insanın ən qədim məskən olduğu yerdir, və saylarca qədim daş-dövründəki məskənlər, sübut edir ki, Azərbaycan, antropoid zonasına daxildir və insanın doğum yerini aşkar edir.
Sivilizasiyanın əsas tayfaları Azərbaycanda görülmüşdür. Orada,  M.Ö. 3-cü milleniumda qəbilə formalaşması gedirdi və M.Ö. 1-ci milleniumda birinci siyasi formalaşma meydana çıxmışdı. M.Ö. 9-cu əsrdə Azərbaycan dövlət-sistemi formalaşırdı: Manna dövləti yüksək iqtisadi və mədəni səviyyə ilə peyda olmuşdu. Manna, digər türk tayfalarında olduğu kimi, günəş və ay kimi təbii fenomenlərə inanır və şamanizm inanclarından bir metod kimi təbiətə və həyat problemlərinin həlli yolunda istifadə edirdi. M.Ö. 6-cı əsrin birinci hissəsində Manna, Madd dövlətinə məğlub olmuşdu. Qədim Azərbaycan bölgəsində ayrı dövlət strukturlarının formalaşma prosesində, Atropatena və Qafqaz Albaniasının böyük rolu olmuşdur. Bu, Atropatenadadır ki Azərbaycan natsionalizminin ilk nütfələrinin formalaşması prosesi başlayır. 3-cü və 5-ci əsrlər arasında Azərbaycan dövlət-sistemi güclənməkdə idi. O zaman, xristianlıq Azərbaycana nüfuz etməkdə idi. Ruhi və dünyəvi həyat inkişaf etməkdə idi. Xristian apostolik kilisələrinin birincilərindən, Zaqafqaziyada zahir oldu. 5-ci əsrin əvvəllərində alban alfabeti təqdim olundu və təhsilin inkişafına yardım göstərdi. Mədəni və ədəbi unikal abidələr, həmin dövrün arxitektura ən’ənələri, bugünədək də qorunmuşdur.
8-ci əsrin əvvəlində, Azərbaycan ərəblər tərəfindən hücuma mə’ruz qalmışdı. 816-cı ildə, Azərbaycan xalqı –Babəkin başçılığı ilə, ərəb iste’laçılarına qarşı silahlı qiyama qalxdı. Ərəb İmperiyasının çöküşündən sonra, Türk-Səlcuq qəbilələri bölgədə güclü dövlət qurdular. İslam, əvvəlki adət-ən’ənələr və mədəniyyət ilə uyğunlaşıb, Azərbaycanda aparıcı din oldu. İslamı qəbul etmiş digər millətlər kimi, azərbaycanlılar da “müsəlman” adlandılar –müsəlman mədəniyyətinin inkişafında iştirak edərkən.
Azərbaycan dünya mədəniyyətini zənginləşdirdi, dünyaya brilliant şairlər, elm-adamları, arxitektlər verdi – o cümlədən, 1300 illik “Dədə Qorqud” romanı (1300 il əvvəl kitabət olmuşdur, ancaq daha da uzun zaman əvvəl mövcud olmuşdur) –ki, Homerosun “İlliad və Odysseus”una, Nizami Gəncəlinin poeması “Leyli və Məcnun” ki- Shakespearein “Romeo və Juliet”inə bərabər görülmüşdür. Dünyanın ən böyük humanisti və şair İmadəddin Nəsimi. Bu şəxsiyyətlərin arasında Məhəmməd Fizuli –şair ki 500 il qabaq yaşamışdı və poemalarını Azərbaycan-türkçəsində, ərəbcə və farsca yazmışdı, unudulmamalıdır.
Daha sonra, 1236-1242 illərində moğol tayfalarının yaratdığı imperatorluq, Zaqafqaziyayadək genişləndi.
Qazan xanın hakimiyyəti dövründə, Təbriz paytaxt oldu. Təbriz rəsədxanasının, Sultaniyyədə Xudabəndə məqbərəsinin və  Qarabağlar məqbərəsinin tikilməsi, islahatların aparılması, Təbrizdə universitetin təsisi və s bu dövrdən bu günə qalan görkəmli mədəni, tarixi abidlərdəndirlər.
Orta əsrlərdə Azərbaycan, Qara-Qoyunlu və Ağ-Qoyunlu kimi dövlətlərə bölünmüşdü. Ən başarılı cəhd onları birləşdirmək üçün Şah İsmayıl tərəfindən olmuşdu –ki, o hökmdar, şair, general və Səfəvi sülaləsinin banısı idi.
16-cı əsrin əvvəlində, Azərbaycan, əlverişli coğrafi mövqe’iətinə görə, Qacar, Osmanlı və Rus Tsar İmperatorluqlarının savaşı ilə tuşlandı.
18-ci əsrin ərzində, dövlətlər arasındakı Azərbaycanı özlərinin maraq dairələrinə daxil etmək üzrə rəqabət, daxili çəkişmələrlə nəticələndi. Bir sıra müstəqil dövlət formaları –Xanlıqlar zahir oldu. 18-ci əsrin sonlarında, 19-cu əsrin əvvəllərində, Qacar, Osmanlı və Rus Tsar İmperatorluqları arasındakı ziddiyyətlər dərinləşdi. Azərbaycan üzərində savaşlar aparıldı.
1828-ci ildə, Tsar və Qacar İmperatorluqları arasında bağlanılan “Türkmənçay” müqaviləsi əsasında, Azərbaycan ikiyə bölündü: bugün Azərbaycan Respublikası kimi tanıdığımız bölgə -yə’ni Quzey Azərbaycan, ruslar tərəfindən işqal edildi, Güney Azərbaycan isə (tarixi Azərbaycanın 2/3 ərazisi) bugünkü totaliter, teokratik və şovinist sistemli İran İslam Respublikasının müstəmləkəsindədir. Bu, Azərbaycan xalqının güney və quzey parçaları arasında ayrılığı yaratdı.
Azərbaycan ölkəsi və xalqının parçalanmadan sonrakı tarixi, mütəmadi mübarizə və mili dövləti yenidənqurma və ya bərpa etmə ilə xarakterizə olunur.
Bir tərəfdən Avropada gedən hərəkatların tə’siri, digər tərəfdən isə  Qacar Türk İmperatorluğunun get-gedə zəifləməsi və günün tələbatına cavabverici bir hakimiyyət olmaması, türk kütlələri arasında Qacar dövlətinə qarşı narazılıqlar artırmış və 1907ci ildə Güney Azərbaycanda Məşrutə Hərəkatını başlamışdır. Həmin hərəkatın nəticəsində Qacar İmperatorluğunun tərkibində siyasi muxtariyyət –Güney Azərbaycan əyalət və vilayət əncümənlərinin yaranması hüququ, yeni yazılan konstitusiyada öz əksini tapdı.
Birinci dünya müharibəsi ərzində, müxtəlif yollarla fransız, ingiliz, rus dövlət planları əsasında, daşnak ermənilər, azərbaycanlıları tə’qibə mə’ruz qoydular –həm Quzey Azərbaycanda (Şamaxıda, Bakıda, Naxçıvanda, Culfada,…) və həm də Güney Azərbaycanda (Xoyda, Səlmasda, Culfada, Urumiyyədə, …). Azərbaycanlılara qarşı tamamilə məhvetmə siyasəti, ermənilərin əli ilə 1918-ci ilədək sürdürüldü.
Ermənilərin həmin planı müvəffəq olmadı. Azərbaycanın bir parçasında, Azərbaycan Milli Dövləti yenidən bərpa olundu. 28 may 1918-ci ildə, Məmməd Əmin Rəsulzadənin başçılığı ilə, Azərbaycanın müstəqilliyi e’lan edildi. Milli Məclisin ilk iclasında qəbul edilən Müstəqillik Aktına əsasən, Quzey Azərbaycan tamam bağımsız dövlət olmuşdu. Dövlət-sistem forması “demokratik respublika” oldu. Şərqdə ilk dəfə olaraq qadınlara seçkilərdə iştirak etmələri hüquqları verildi. 23 aprel 1920-də, Sovet Rusiyası və erməni daşnaklarının mütəmadi hücumlarına mə’ruz qalaraq, Azərbaycan Respublikası qurbani oldu –Rusiyanın ultimatumu ilə razılaşaraq.
Güney Azərbaycanda isə, fevral 1920-də, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Güney Azərbaycan türkləri Azadistan adlı bağımsız hakimiyyət yaratdılar –hansı ki, xarici təzyiqlər nəticəsində təssüflə yalnız 6 ay ömür etdi.
1945-ci il sentyabrın 3-ndə, Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri tərəfindən quruldu. Nəhayət, 12 dekabr 1945-də, ADF-nin rəhbərliyi ilə Güney Azərbaycan Milli Höküməti quruldu və Pişəvərinin baş-nazirliyi ilə dövlət kabineti yarandı. Təbriz paytaxt e’lan edildi. Pişəvərinin rəhbərliyi altında Milli Hökümətin bir illik dövründə, geniş ictimai-mədəni reformlar həyata keçirildi. Milli məclis, milli qoşun, milli pul, dövlət gerbi, bayraq, yeni radio-stansiyaları, universitetlər, filarmonia, milli muzeylər, teatr, 325 məktəb, 83 litsey tə’sis edildi. Evsizlərə ev, işsizlərə iş verildi, dərin torpaq islahatı kəndlər arasında aparıldı, dəmiryolları, küçə asfaltları, möhtəşəm binalar inşa edildi. Qadınlara azadlıq, sahibsiz uşaqlardan himayə olundu. Qanuni iş saatı hərkəs üçün həftədə 48 saat, gündə 8 saat e’lan edildi. Bütün işçilərə ildə bir dəfə məzuniyyətə çıxma haqqı verildi. 1 may təqvimdə qırmızı gün olaraq e’lan edildi. Bu sadalananlar yalnız bircə il ərzində həyata keçirilmişdi.
Tam bir il sonra, 12 dekabr 1946-ci ildə, Məhəmməd Rza şah Pəhləvinin başçılığı ilə fars ordusu Güney Azərbaycana hücuma keçdi. 50 mindən artıq Azərbaycan türkü öldürüldü, 20 min qədəri həbs edildi, 100 mindən çoxu sürgünə mə’ruz qaldılar. Kitablar, qəzet arxivləri, məktəblər, abidələr, qıssaca –Azərbaycanlılara aid hərşey, fars ordusu tərəfindən yandırıldı, dağıdıldı, talan edildi. Güney Azərbaycan Milli Höküməti, totaliter və şovinist olan və iste’marçılara arxalanan Mərkəzi Hökümət qarşısında məğlub oldu. Azərbaycanlılar, hətta dostları tərəfindən belə müdafilə edilmədilər.
1978-də Təbrizdə xalq yenidən qiyam etdi. Bir il sonra, ziddi-səltənəti İnqilab qələbə çaldı. Ancaq 4 illik inqilab məhsulu olan yarım-demokratiya, 3 mindən artıq ADFnin tərəfdarlarının həbsi ilə sona çatdı. Fars şovinizmi Güney Azərbaycanda ancaq şahlıq üsulu ilə yox, bəlkəm islam adı ilə də assimilasya, allinasya, farslaşdırma, istibdad, istesmar, müstəmləkəçilik siyasətlərini yeritməyə davam etdi.
Quzey Azərbaycanda isə, Sovet totalitarizm dövründə, Azərbaycan xalqı –xüsusilə intellegentlər, vaxtaşırı tə’qibə və sürgünə mə’ruz qalırdılar. Buna baxmayaraq, Sovet Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti, incəsənəti, elmini inkişaf etdirib öz milli şüurunu yaşatdı. Sovet İttifaqının dağılması ilə, Azərbaycan Respublikası müstəqilliyini yenidən qazandı.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ üzrə münaqişə, 1988-dən bəri misli görülməz bir gərginliyə çevrilmişdir –bütün dünya azərbaycanlıları üçün.
Azərbaycan Respublikası müstəqilliyə qovuşmaq ərəfəsində, Rusiyanın dəstəyi ilə Ermənistanın hücum və həmləsinə mə’ruz qaldı. Belə ki, Azərbaycan Respublikasının ərazisinin 20%-i –Qarabağ və onun ətraf regionları, erməni hərbi qüvvələri  tərəfindən işqal olundu. 1 milyon 200 mindən artıq Azərbaycan türkü ev-eşiyindən –yurdundan hansı ki əsrlər boyu onun olmuşdur, əxlaqi və fikizi terror olaraq, mütəmadi təzyiqlərə mə’ruz qalaraq, qovulmuş və didərgin salınmışlar. Qarabağda, Azərbaycanın tarixini xatırladan hərşey, ermənilər tərəfindən yandırılmış, dağıdılmış, talan edilmişdir. Daşnak və ASALA –erməni terror təşkilatları, əsrin ən böyük soyqırımını, unudulmaz faciəni, dəhşətli qətl’amı Xocalıda, Ermənistan dövlətinin dəstəyi ilə, 1992 fevralın 25-dən 26-na keçən gecə, törətdilər.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə -orada ki ermənilərdən öz qoşunlarını Qarabağdan çıxartmaları tələb olunur, baxmayaraq, Ermənistan hələ də öz hərbi qüvvələrini Azərbaycanın tarixi hissəsi olan Qarabağdan çıxartmır. İran İslam Respublikası, Rusiya ilə birlikdə Ermənistana iqtisadi və hərbi yardım göstərərək, dəstəkləyir. Bu da, tənha Azərbaycan Respublikasının vətəndaşlarını yox, Güney Azərbaycanlıların Ermənistana və İran İslam Respublikasına qarşı nifrətlərini gündən-günə artırır.
İran rejimi ilə Rusiya, erməniləri və başqa etnikləri Azərbaycan torpaqlarına müxtəlif formalarda yerləşdirmələri, nəhayət bugün Azərbaycan milli coğrafiyasının parçalanmasına, Azərbaycanlıları farslaşdırma, ruslaşdırma, və bunlarla bərabər onlar, Azərbaycanlıların homojenik milli xasiyyətini dəyişdirib, Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının və sivilizasyasının inkişafının qarşısını almış, azərbaycanlıları vaxtaşırı qətl’amlara və deportasiyalara mə’ruz qoymuşlar, -ki böyük həcmdə mühacir cəmiyyətlərin yaranması ilə nəticələnmişdir.

 

Hazırkı vəziyyət

Azərbaycan millətinin ancaq bir parçası –8 milyondan artıq, Azərbaycanın müstəqil qismi olan Azərbaycan Respublikasında yaşayır. 30 milyondan artıq azərbaycanlı, Güney Azərbaycanda yaşamaqdadır və çoxlu azərbaycanlılar da tarixi Azərbaycan ərazisindən kənar –o cümlədən, İsfahan, Şiraz, Rəşt, Sarı, Məşəd, Zahidan, İlam, Kirmanşah, Sənəndəc və s yaşamaqdadırlar. 12 milyona yaxın azərbaycanlılar isə Avropa, Amerika, keçmiş Sovet ölkələrində, və s yaşamaqdadırlar –ki, cəmi 50 milyon azərbaycanlılar yer kürəsi üzərində yaşayır.
Güney azərbaycanlılar, özlərini, İran İslam Respublikası adlanan müstəmləkəçi, totaliter, diktator, teokratik, fars şovinisti boyunduruq və əsarətindən azad etmək və müstəqil yaşama haqqlarına beynəlxalq tanıma qazanmaq üçün mübarizə aparırlar. Rejimlərin vəhşicə hücumları nəticəsində, 30 milyondan artıqlıq bir millət –İran adlanan coğrafi məkanda yaşayan Azərbaycan türkləri, heç bir bəşəri və ya milli haqqlara sahib deyillər. Hətta Azərbaycan türkcəsində bir məktəbə belə rast gəlmək mümkün deyil. Günahsız insanları öz vətəni olan Güney Azərbaycanı tərk etməyə dolayı yollarla məcbur etməklə yanaşı, hakimiyyətdə olan zatən fars şovinizmi, təqibə, təzirə, həbsə, işkəncəyə, sürgünə və edama mə’ruz qoyur -hər bir kəsi ki öz kimliyində dayanır, hər bir şəxsi ki özünə Azərbaycan Türkü deyir və öz haqqlarını tələb edir, demokratiyadan danışır, ictimai ədalətdən söz açır və yaxud siyasi pluralizmi müdafiə edir. Azərbaycan türklərinə aid olan milli-tarixi abidələr dağıdılır –xüsusilə 23 böyük Azərbaycan şəhərlərində o cümlədən, Təbriz, Tehran, Ərdəbil, Qəzvin, Urumiyyə, Xalxal, Zəncan, Marağa, Takistan, Həmədan, Makı, Ənzəli, Soyuqbulaq, və sair şəhərlərdə.
7 min ildən artıq tarixə sahib olan bir millətin mirası, məhv edilir.
Azərbaycan türklərinin vəziyyəti Güneydə aşağıdakı kimi xarakterizə edilə bilər:
Öz ana dillərini və ya həqiqi kimlikləri, tarixləri barədə öyrənməyə qətiyyən haqqları yoxdur. Bölgədə -Azərbaycan türklərinin tarixi torpağında hakim olmağa davam edə bilmək üçün, Rejim, gücündə olan hərşeyi – o cümlədən iqtisadi, mədəni və siyasi əhrümləri işə salaraq, yeni nəslə həqiqəti olmayan “tarixi” ki fars şovinistləri tərəfindən yazılıb, təlqin edərək, beyinlərini yuyaraq, onları əridir və öz soyköklərindən və milli mədəniyyətindən uzaqlaşdırır.
Güney Azərbaycan və azərbaycanlılar üzrə BMTnin rapportu, aşağıdakıları xüsusi narazılıqlar kimi qeyd etmişdir –hansılar ki, İranda Azərbaycan millətinin problemlərini təmsil edən xüsusi nümayəndələr tərəfindən çatdırılmışdır:

  • Azərbaycan coğrafi məkanlarının adlarının təhrif edilib və ya dəyişdirilmələri
  • TV və radyolarda, təmiz Azərbaycan türkcəsindənsə, fars-türk hibridinin istifadə olunması
  • Mədəni aktivistlərin təzyiqə mə’ruz qalmaları və həbs olunmaları
  • Körpələrin azərbaycanlı adı ilə qeydiyyatdan keçirilməmələri
  • Məktəblərdə, “İran xalqının” doğuşu Fars qəbilələrin bölgəyə gəlməsi ilə olması və Azərbaycan xalqının İran ariyayiləri olması, və güya ki moğolların bölgəyə gəlişi ilə dil-dəyişməsinə məcbur olunmaları, təlqin edilməsi
  • Mədəni muxtariyyətin inkar edilməsi
  • Məktəblərdə Azərbaycan-türkcəsinin istifadəsinə qadağa qoyulması

Bunlar, Güney Azərbaycan cəmiyyətləri tərəfindən BMTnin nəzərinə çatdırılan narazılıqların ancaq bir neçəsi idi.
İran İslam Respublikası adlanan diktator, totaliter rejim, bir neçə dəfə dünyada və İran adlanan yerdə yaşayan millətlərin milli zülm altında olmaları və insan haqqlarını pozduğuna görə məhkum olmasına baxmayaraq, işqalçı və müstəmləkəçi kimi dünyada rəsmiyyətə tanınmayıbdır. Habelə, daşnak ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, hələ də dünyada rəsmiyyətə tanınmayıbdır.
Fars şovinizmi və işqalçı ermənilər tərəfindən işqal olunmuş Azərbaycan torpaqlarının etnoqrafiyası hələ də dəyişdirilməkdədir. Həmin bölgələrdə azərbaycanlılara mənsub olan tarixi abidələr dağıdılır və təhrif edilir. Beləliklə, unikal bir sivilizasyanın kökü kəsilir.
Beynəlxalq hüquq, BMT Nizamnaməsi, İnsan Haqqları üzrə Ümumdünya Bəyannaməsi və xüsusilə BMT-nin 1948 Soyqırım Konvesiyası e’lan edir ki, soyqırım –bəşəriyyətə qarşı bir cinayətdir və bunun nəticəsində hərhansı coğrafi qazanclar və ərazi qəsbkarlığı, qeyri-qanunidir. Bu beynəlxalq qanun və müvafiqətnamələr heç bir məhdudiyyət tanımır, hər yerdə və hər zaman həyata keçirilicidir -belə ki bütün keçmiş və gələcək hadisələrə aiddir. Bəşəriyyət və sülh naminə, onlar həm sözdə və həm əməldə yerinə yetirilməlidirlər –ilk öncə soyqırıma mə’ruz qalmış millətlərə ədalət üçün, sonra isə gələcək soyqırımların qarşısını almaq və bəşəriyyəti yeni faciələrdən qorumaq üçün.
Milli müstəqil və bağımsız yaşama üsulları, BMT Nizamnaməsində qeyd olunmuşdur və Güney Azərbaycana da həm məntiqi və həm hüquqi olaraq tətbiq olunmalıdır. Azərbaycan Problemi ancaq ədalətin izinə düşmə deyildir –işqalçılığı, assimilasyanı, allinasyanı və farslaşdırılmanı, mədəni və fiziki soyqırımları tanımaq və cəzalandırmaq yolu ilə, bəlkə milli müstəqilliyin sarsılmaz üsulları üzərində qurulmuş beynəlxalq haqqlar məsələsidir.
Bugünkü Azərbaycan Respublikası, Güney Azərbaycan istiqlaliyyətini əldə edənədək, azərbaycanlıların birinci dövlətinin qanuni yeganə varisidir. Belə ki, o, bütün işqal altında olan Azərbaycan torpaqlarının qanuni sahibidir.
Azərbaycan Respublikası –hansı ki, Azərbaycan Problemini tə’qib etmənin təməlini qoymağa tə’yin edilmişdir, indiki dövlət qurma mərhələsində, öz müstəqilliyini gücləndirmə, demokratiyanı bərpa etmə, ədalətli və aydın ictimai-iqtisadi qaydanı formalaşdırma və Azərbaycan xalqının mədəni inkişafını tə’min etmə tələbləri öhdəsindədir.
Azərbaycan Probleminin tarixi, etniki, qanuni, siyasi kökləri vardır –ki, onları ancaq aşağıdakı yollarla həll etmək olar:

  • Azərbaycanlıların irsi torpaqlarının geri qaytarılması: Güneydə - Həmədan, Ərak, Qəzvin, Ərdəbil, Zəncan, Ənzəli əyalətlərinin adlarının qaytarılması və Güney Azərbaycanın milli və müstəqil dövlətinin yaradılması.
  • Qarabağın Ermənistan işqalından azad edilməsi
  • Güneylə Quzey arasında inteqrasyanın genişlənməsi və nəhayət Güney Azərbaycan istiqlaliyyətini əldə etdikdən sonra, Azad, Müstəqil və Bütöv Azərbaycanın yaradılması.

Stratejiki hədəflər
İstiqlalçıların məqsədləri aşağıdakılardan ibarətdir:

  • Güney Azərbaycanın istiqlaliyyətini demokratiya yolu ilə əldə etmək (demokratiya yolları bağlanırsa, inqilab yolu ilə)
  • Beynəlxalq məhkəmə hökmü əldə etmək: a) hələ də cəzalandırılmamış, müstəmləkəçi, diktator, işqalçı fars şovinistləri və erməni daşnakları tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımlar barədə, b) həm Güney həm Quzey Azərbaycanda işqal edilmiş torpaqların geri qaytarılması barədə, c) ədalətli təzminat Azərbaycan millətinə
  • Azərbaycan Respublikasının dövlətçiliyini gücləndirmək, demokratiya və qanun hakimliyini institutlaşdırmaq, xalqın iqtisadi vəziyyətini təmin etmək, ictimai ədaləti bərpa etmək.
  • Azad, Müstəqil və  Bütöv Azərbaycan yaratmaq. Bütöv Azərbaycanın sərhədləri, son minillikdə Azərbaycan türkləri tərəfindən qurulan dövlətlərin müqavilələrinə əsasən olaraq çəkilmişdir –o cümlədən Azərbaycan Respublikası və Güney Azərbaycan daxil olmaqla
  • Dünya üzrə mühacirət etmiş azərbaycanlıları, Bütöv Azərbaycan torpağında toplamaq.

Siyasi məqsədlər
Daha əvvəl sadalanan hədəflərə dayanaraq, istiqlalçılar aşağıdakı siyasi fikirləri tə’qib edir:

  • Güney Azərbaycanın istiqlalını əldə etdikdə, aşağıdakı əsas prinsipləri müstəqil Güney Azərbaycan qanunlarında əks etdirmək və onların icrasına çalışmaq:
    a) bütün vətəndaşların qanun qarşısında bərabərliyi,
    b) fikir, söz, mətbuat, nəşr və bütün digər KİV, vicdan, siyasi və digər təşkilat fəaliyyətlərinin, assambleyaların və kommunikasyaların azadlığı,
    c) mitinq və tətil haqqı,
    d) fərd, ev, əmlak və digər kommunikasya vasitələrinin təhlükəsizliyi,
    e) etnik azlıqların haqqlarına hörmət,
    f) qadın və kişi bərabərliyini bütün sahələrdə tə’
    min etmək.
  • Güney Azərbaycanın stratejiki inkişafında, azərbaycanlıları millətləşməyə tərəf istiqamətləndirmək
  • Qarabağ müharibəsini qalibiyyətlə nəticələndirmək
  • Hər bir azərbaycanlının, Azərbaycan vətəndaşı ola bilmə haqqını tə’min etmək
  • Diasporanın milli kimliyini gücləndirmək və onun siyasi potensialını, Bütöv Azərbaycan dövlətçiliyinin güclənməsi üçün təşkil edib yönəltmək.

İctimai-iqtisadi məqsədlər
İstiqlalçılar öz ideoloji baxışına və Güney Azərbaycan xalqının inkişaf ehtiyacına əsaslanaraq, eyni zamanda müxtəlif dünyəvi iqtisadi qayələri nəzərə alaraq, elə bir ictimai-iqtisadi siyasəti yerinə yetirməyi planlaşdırır ki, Güney Azərbaycanda tamamilə ictimai ədalətə və bir güclü və inkişaf edən iqtisada tərəf istiqamətlənsin. Bu siyasət, aşağıdakı prinsiplərə əsaslanacaqdır:

  • Məhsuldar, rəqabət gücünə sahib, dövlət tərəfindən tənzimlənmiş, və ictimai ədalətli iqtisadi sistem, ölkənin işçi, intellektual, kapital, yeraltı və yerüste sirvətləri üzərində formalaşacaqdır. Təklif edilmiş iqtisadi sistem, öz ədalətliyi ilə xarakterizə olunacaqdır və cəmiyyətin ictimai-iqtisadi qütbləşməsinin qarşısını alacaqdır. İctimai ədalətin iqtisadi aspektləri, bütün fərdlərə işləmə haqqı və gəlirin ədalətli paylanılması, bütün cəmiyyətin iqtisadi inkişafına ehtiyacını nəzərdə tutmaqdan ibarətdir.
  • Müstəqil Güney Azərbaycan dövləti, istehsalın mühüm stratejiki ərsələrini, təbiətin mühafizəsini, ekologiyanı, iş yerlərinin açılmasını, xalqa yaxşı yaşayışın tədarükünü himayə edəcəkdir.
  • Müstəqil Güney Azərbaycan dövləti, ancaq Azərbaycanın ehtiyaclarının inkişafını tə’min edən beynəlxalq iqtisadi proseslərdə iştirak edəcəkdir.
  • Dünya azərbaycanlılarının potensialından effektli istifadə etmək, Azərbaycan iqtisadiyyatının və onun unikal milli kimliyinin inkişafında, vacib bir faktordur.
  • Təhsil sistemi, xalqın mədəni və ruhi-əxlaqi inkişafı kimi, dövlətin əsasi məsuliyyətləridir. Azərbaycan milli mentalitetinin qorunmasında, Azərbaycan ailəsinin rolu himayə olunmalıdır.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa