Əziz oxucular, yəqin son günler Iran rejimi ilə əlaqəli problemlərdən xəbərdarsınız. Hər kes aydın şəkildə bilir ki, Iran müstəqil Azərbaycan dövlətini istəmir ve bundan narahat olur. Bu, bir fars şovonizminin siyasəti kimi davam edir. Son vaxtlarda Azərbaycana qarşı Xəzər statusunu bahanə edərək istədiyi hərəkətləri edir. Azərbaycanlıları bundan daha çox əsəbləşdirən və narahat edən mövzu isə Güney Azərbaycandakı həmvətənlərimiz (baxmayaraq ki, sayıları farslardan iki qat çoxdur) bu hərəkətlərə etiraz bildirməməsi, səslərini çıxarmaması, belə bir düşüncə yaradır ki, Allah göstərməsin sabah Quzey Azərbaycanla Iran müharibəyə başlasa, cənubdakı həmvətənlərimiz qardaşlarına qarşı Iran orduları sırasında iştirak edəcək. Bu mövzu ilə əlaqədar fikir bölüşdürmək istərdik.
Bizcə bu, günün ən aktual məsələsidir. Farslaşdırma siyasəti, artıq bir xeyli nəticə əldə edib. Bir də ki, farslar da ermənilər kimi Hind-Avropa ailəsinə daxildirlər, eyni antrapoloji tipə aiddirlər və həmişə də türklərə qarşı olublar. ”Azerbaycan elə Iranın ərazisi olub” –deyərək, farslar bu ərazilərin onlara aid olduğunu düşünürlər. Bu sözləri on illərdir ki, yayırlar. Onlar üzdəniraq ”türk” dilində buraxılan qəzetələrində yazirlar:
"Babam, azerbaijan ghadimzamaneda iranin bir kismetimis, azerler aslilari irani di? Nezamini tanirsuz, gencedeki, o bir buyuk irani shaeri di tarih dier ki azerbaijan hamisheh iranin kismeti dir va siz azeri suz, turk yox, azeri, sizun diluz turki di amma nejaduz azeri di siz mosalman shiee suz, iranlar ham shiee dilar gabakhki azerler hamusi farsi bilerdiler bir sual, sen nizamini tanirsuz? onon ketableri hamusi farsi di, onon ketabi adi khamsa di efendim iranin jamiati 50% azeridiler, iranazeridiler. azeriler bizim kardasdilar mosalmandilar."
O necə yazılıbsa eləcə də buraya köçürdük. Bizcə hər şey aydındır. Eynilə erməninin tə’limləri farslarda da var.
Təsadüfən qulağıma belə bir xəbər çatdı ki, Güney azərbaycanlılardan böyük bir qrup ziyalı prezident Xatəmiyə 3-metrlik faks yollayıblar və bildiriblər ki, Iranın rejiminin araqarışdırma siyasətindən çox narazıdırlar və Azərbaycan Respublikasını dəstəkləyirlər. Əgər müharibə baş verərsə, onlara verilən silahdan elə Iran rejiminin özünə qarşı istifadə edəcəklər.
Bilmirəm xəbər nə dərəcə düzdür, amma mən də inanıram ki, e’tirazsız ola bilməzdi. Elbəttə ki, bir qrup vətənpərvər ortaya çıxar. Amma əsas olan oradakı 30 milyonun birləşərək yüksək səslə bu hərəkətlərə e’tiraz bildirməsidir.
Iran rejimi bir müstəmləkəçi və totaliter imperiya kimi, Azərbaycan Respublikasına düşmən münasibəti göstərir. Amma Azərbaycan Respublikası, Iranı öz tərəfinə çəkmək istəyir. O da düzdür ki, bunu əslində bacara bilməyəcəyik. Çünki ruslar və ermənilərlə onların –farsların, qan bağlılıqları var. Islam, Iran rejimi üçün çox alçaq səviyyəli mahiyyətdədir.
Lakin necə deyərlər: "yağmasan da, gurla". Ona görə də, Azərbaycan Respublikası, Iran rejimini Ermənistana köməkdən yayındırmağa çalışır. Bu əlbəttə ardıcıl siyasi manevralar nəticəsində bəlkə də ola bilər. Son hadisənin əslində bizim bilmədiyimiz bir səbəbi var. Bunun səbəbi və məqsədi çox fərqlidir. Belə iy gəlir. Bizcə bunun icazəsi çoxdan Moskvadan alınıb. Bundan Amerikanın da xəbəri vardır, mütləq.
Düzdür Iran "piyada" rolunu tarixdə çox oynamayıb. Amma görəsən Iran ortaq maraqlar üçün Rusiyanın gözdağını Azərbaycan dövlətinə özü verir?
Bu işin içində bir iş var. Bizim fikrimizcə, bunların dalında böyük bir qüvvə var və buna təkan verən də odur. Çünkü, uzun vaxtdır Azərbaycan o bölgələrdə neft tədqiqatları aparırdı, amma heç kəs nə buna e’tiraz edir nə də səs çıxarırdı. Bir də düşündürən məsələ Iran rejiminin bu hərəkətinə dünya ölkələrinin xüsusilə ABŞ-nin e’tiraz bildirməməsidir. Halbuki, o ərazilərdə, böyük neft şirkətləri işlər aparır ve maddi xeyirləri var. Bilindiyi kimi kapitalist ölkələrdə böyük neft şirkətlərinin hökümətə, dövlət siyasətinə tə’siri və nüfuzu var. Niyə bu şirkətlər tə’sir edə bilməyib?
Bə’ziləri deyirlər ki, “Iran rejimi müharibəyə başlayacaqsa, güneyli soydaşlarımızın təxmini 90%-i Azerbaycan Respublikasına dəstək çıxacaqdır. Bu, Iranın parçalanması mə’nasına gəlir. Buna da Iran rejimi, yol verməz...”
Bə’ziləri də deyirlər ki, “Iranla müharibə etməyi ağlınıza belə gətirməyin. Güneylilərin hər halda çoxu fars rejiminə tərəfdar olacaq. Bundan arxayın olmasaydı, Iran rejimi heç vaxt Azərbaycan Respublikasına "xod" gedə bilməzdi.”
Başqaları da xatırladırlar ki, “orda da əsl türklərin olduğu bəllidir. Lakin cənubluların yarısı farsın tərəfində olacaq. Onlarda milli şüur, yox dərəcəsindədir.”
Bizcə isə, Iran rejiminin Azərbaycan Respublikasını işqal etməsi mümkün deyil. Nəyə görə?
- Bu, regionda geniş miqyaslı müharibə deməkdir. Iran ancaq Rusiya ilə bərabər hərəkət edə bilər. Cənubi Qafqaz da Rusiyanın tə'sir sahəsində olduğu üçün, buraya ancaq Rusiyanın girmə cəhdləri reallaşa bilər.
- Iran rejimi, əslində qorxaq, amma özbaşına bir dövlətdir. Öz maraqları nə tələb edirsə, onu edir. Onun üçün hiləgərlık daha asanddır. Bu da, Azərbaycanın ipini çəkmək istəyirsə, Rusiyanı və ya Ermənistanı çığırtmaq deməkdir.
- Iran rejimi, 30 milyonluq Güney azərbaycanlını gözdən qaçıra bilməz. Deyək ki, oradakı qardaşlarımızın çox böyük hissəsi farspərəstdir. Amma müharibə olsa hər şey necə gedər heç kəs deyə bilməz. Onlar birdən dönüb Irana lap təpəsindən vura bilərlər. İrandakı teokratik imperiya rejimi artıq qüvvət itirir, burada zülm altında yaşayan millətlər də azad olmaq istəyirlər. Totaliter rejim, əhalinin başını qarışdırmaq üçün bir savaş istəyə bilər. Lakin, bu savaş totaliter sistemini dağıdar və Güney Azərbaycan da azad olar. Bu dağıntı olmasın deyə, Iran rejimi ermənilərlə qol-qola gəzir. Ermənilər ac qalanda, hansı dövlət kömək etdi? Təbii ki, fars ve rus imperiaları! Əksinə olaraq, 30 milyonluq Güney azərbaycanlıya, fars rejimi ana dilində məktəblərdə yazıb-oxumağa icazə vermir, azərbaycanlıları asimile etməyə çalışır.
Bunlara baxmayaraq, təbii ki, Azərbaycanın bir olmasının gec-tezi var, olacaq-olmayacağı yox. Başqalarından dəstək diləmək də lazim deyil. Başqaları bərk məşquldur. Bizi, bizdən başqa, heç kəs xilas etməz!
Iran rejiminin anti–Azərbaycan siyasəti, sərhəd tanımır. Onun qudurğanlığı şimalın istiqlaliyyətinə və nüfuzuna ciddi zərbə vurur. Azərbaycan ordusunun gücü haqqında mənfi fikir formalaşdırır. Azərbaycanın hava hücumundan mudafiə qüvvələri, Iranın köhnə amerikan fantomlarını vurmağa qadirdir. Azərbaycan SSRİ-də bütün Qafqaz regionuna nəzarət edə bilən əsas hava hücumundan müdafiə qüvvələrinin və hərbi hava qüvvələrinin yerləşdiyi məkan idi. Azərbaycanın aviasiyasının Qafqazda ən güclü olmasına səbəb də, elə budur. Ancaq arada daha böyük maraqlar var və onlara görə bəzən nə isə qurban vermek lazım olur. Stabillik ve güc toplamaq naminə, Iran rejiminin hərəkətlərinə dözülür. Ancaq bu da həmişə belə olmayacaq. Nə üçün?
-
Azərbaycan Respublikası, lazım gələrsə dövlət bütövlüyü və müstəqilliyi üçün bu təyyarələri vurma haqqına sahibdir. Çünkü, Azərbaycan torpaqlarına icazəsiz uçuş aparılır. Əgər belə hərəkətlərə cavab verilməzsə, o zaman müstəqilliyimizə kölgə düşər və hər yerindən duran Azərbaycana qarşı istədiyi hərəkəti edər. Onların orduları güclü və ya zəifdir –deyə, Azərbaycan Respublikası onların hər hərəkətinə icazə verə bilməz.
-
O bölgələrin istifadəsi sual altında olsa belə, dövlətçilik və gələcək üçün sahib çıxmalıyıq, onu "müsəlman qardaşlarımıza" verməməliyik.
-
Müsəlmançılığa qaldısa hər zaman bu ”müsəlman dövlət” ayağımızın altını qazıb və hal-hazırda xristiyan Ermənistana geniş şəkildə köməklik edir.
Fars dilində buraxılan qəzetlərdə daima üzdəniraq ”Iranin 17 şəhərlərindən” yazılır. Yazılarda deyilır ki, ”azərbaycanlıların əsli dili fars dilidir, sonradan bölgədən gəlib keçən işqalçı səlcuqlar, moğollar, azərbaycanlıların dilini türkləşdirsə də qalan başqa hər şeydə adət-ən'ənə, xarici görünüş və s. cəhətlərdən öz iranlı kökümüzden ayıra bilmədilər.” Onlar yazırlar: ”Əslində azərbaycanlılar və türkiyəlilər heç vaxt bir millət olmayıb. Türkiyəlilərdə bir az orta asiyadan köçən türklərin tə'siri olsa da, onlar əsasən yunan millətinin əsasında ortaya çıxan millətdir. Azərbaycanlılar isə əksinə. Onlarda da bir az turani tə'sirler olsa da, mənşə’ e'tibarı ilə iranlıdırlar və farslarla və başqa iranlılarla yaxın qohumdurlar”.
Güya ki, farsları öz soydaşımız adlandırmağımız daha düzgün olardı, nəinki türkiyeliləri!! Onlar belə boş-boş söhbətlərlə qəzetləri doldururlar. Güya ki, dünyada yalnız ermənilər, yunanlar və farslar əmələ gəliblər, qalanları isə heç kimdirlər. Farslar bizimlə bir kökə malikdirlərsə, bəs niyə bu "qardaş"larımız bizə bu qədər "kömək" edirlər? Bəlkə istəyirlər deyələr ki, ermənilərlə bir millətik?!
Indi gəlib görək azərbaycanlılar kimlərdir? Azərbaycanda əhalinin böyük bölməsi turaniddir. Bunun haqqında elmi tədqiqatlar var. Düzdür Azərbaycanda turanid olmayan insanlar da var. Amma unutmamalıyıq ki, irq insanın milliyətini 100% göstərməz. Ancaq nisbət verə bilərik. Azərbaycanda ilk türklər hələ eramızdan əvvəl görünüblər. Düzdür bə'ziləri haqqında hələ də mubahisələr var. Lakin bundan bir neçə il əvvəl daha çox mubahisəli mövzu var idi... Amma bütün tarixçilərin hamısının qəbul etdiyi ilk türk tayfaları hunlardır. Bunlar da 2.ci əsrdə gəliblər. Amma Oğuznaməyə görə oğuz türklərinin Azərbaycana gəlişi eramızdan əvvəl, 5.ci əsrdə olub. Bir də Herodotdan massagetlərin kraliçəsi Tomrisin hələ o əsrlərdə Araz çayı sahilində perslərin hökmdarı Kiri (Kuroş-e Kəbir) öldürdüyünü bilirik. Azərbaycana türk tayfaları eyni vaxtda gəlməyiblər. Misal Kür çayı boyunca (Sabirabad və s) yaşayan tayfaların bir çoxu Gürcüstan üstündən Krımdan gəliblər. Bunlar əslən kumandır. Dinləri köhnə vaxtlarda xristiyanlıq idi. Kuman qızlarının çox gözəl olduğu yazılır. Gürcülərin kraliçəsi Tamaranın çox gözəl olduğu yazılır. Tamara bir kuman qızı idi. Kumanlar daha sonra indiki rusların etnogenezisinə qoşuldular. Və indi onların bir çoxu rus etnogenezisindəki ən vacib ünsürlərdən olublar. Bu rolu bir də yenə çox güclü bir türk tayfası olan Avarlar aldı. Azərbaycan xalqının 90% isə saf türkdür. Xatırlatmaq lazim gəlir ki, tarixdə Azərbaycanda ən güclü dövlətlərini türk Səlcuq tayfaları yaratdı. Elə bu faktor indiki Türkiyə ilə Azərbaycanı yaxınlaşdırır. Tarix boyunca Azərbaycan, farsların hamisi oldu. Onların dilində danışdı, lakin onları idarə etdi. Farslar, belə ayaqda qala bildi. Çünkü dünyanın bir çox dövləti o vaxt belə edirdi. Ərəb xalqları dövləti türklərə verib, necə deyərlər –keyf edirdilər. Türk Səfəvi İmperatorluğundan sonra Iranda türk dövlətçiliyi getdikcə zəifləməyə başladı. Bunda, hər halda, 20-ci əsrin burjuva milliyətçi axıntıları tə'sirli oldu –deyə fikirləşmək olar. Farslar dünyada qalmağa çalışdılar və 1979-cu ildən bəri, Pəhləvi rejimindən sonra, onlar, dini bu iş üçün yaxşıca istifadə etməyə çalışırlar. Fars şovinizmi, islam maskası altında öz rolunu oynayır. Bunu günümüzün faktları bizə göstərir.
Farslar, Azərbaycana ancaq divan tutmaq istəyirlər. Bu gün farslar Azərbaycana müttəfiq olmaq istəyirsə, öz siyasətlərini bir az ört-bas etməlidirlər. Zənnimizcə, Iran rejimi irqçi bir dairənin içinə düşüb. Iran Ermənistana Qardaş münasibəti bəsləyir. Bunda hər halda satemliyin (ermənilərlə eyni dil qrupundan olmaq) ya da qıssaca Hind-Avropalığın bir tə'siri var və bununla ariaçılıq ideyası əsasında İranda zülm altından yaşayan millətləri son dərəcədə əritməyə çalışırlar –deyə fikirləşirik.
Ermənilər bütün gəzdikləri yeri özlərinə vətən olaraq bilirlər. Amma özlərinin hələ Herodotun göstərdiyi yer olan Kilikiyadan olduqlarını da yaxşı bilmirlər. Düzdür Herodot onların oraya Avropadan gəldiyini söyləyir. Amma o vaxt ermənilər artıq orada idilər. Farslar ona görə də erməniləri özünün tarixi müttəfiqi olaraq görür. Çünkü artıq Bizans yoxdur. Iran rejimi bu işdə müsəlmançılığa baxmır. Bu, gün kimi aydındır. Xiristiyan ruslardan 7 milyardlıq silah alması buna sübutdur. O ki qaldı eyni kökə, farslar da, ermənilər də özlərini ari sayırlar. Güney azərbaycanlılar Iran hökümətini dəstəkləməyib ve bu höküməti bir totaliter və diktator höküməti kimi tanıyırlar. Cənubi azərbaycanlılar 80 il boyunca çeşitli vasitələrlə öz kültür və ana dillərindən məhrum olublar. Onlar burda –Güney Azərbaycanda, bir çox çətinliklərlə qarşıdırlar (iqtisadi ve mədəni müşkilat). Diktator sistem onların başını elə qatıb ki, hələ lazımı qədər Güney-Quzey məsələsinə fikir verə bilmirlər.
Cənubi azərbaycanlıların çoxu təssüflə Azərbaycan Respublikasını hələ də bir əski Sovet Respublikası kimi dəyərləndirirlər –daha doğrusu bu soydaşlarımız Şah və Şeyxin zəhərli təbliğatlarının təsiri altındadırlar. Bundan əlavə, həm Güneydə, həm Quzeydə, fars şovinizminə qulluq edən rəng-a-rəng qüvvələr təbliğ edirlər ki, iki tayın birləşməsi azərbaycanlıların problemlərini çoxaldacaqdır.
Güneydə azərbaycanlılar son 23 ildə çox çətinliklərlə qarşılaşıblar və indi də onların düşüncələri belə gəlişib ki, İranda hakim olan totaliter və müstəmləkəçi rejimdən qurtulmaq yolu, yenidən bir inqilab deyil –bəlkə tədrici və aşındırıcı bir hərəkətdir. Ancaq bəlkə də bir gün bu tədrici hərəkətdən də yorulalar... Nəhayət ki, Iran rejimi, Azərbaycan Respublikası ilə savaşa girsə, savaş prosesində hər bir azərbaycanlı öz həqiqi qardaşı ilə birləşəcəkdir. Güney azərbaycanlılar artıq belə bir nəticəyə gəlib-çatacaqlar ki, heç kəs onları əsir etməməlidir, başqa bir millətə boyun əyməməlidirlər, həyat o demək deyil ki, güclü gücsüzü məhv etməlidir. Onda dünyada 1 ölkə qalardı, ya ABŞ, ya da Rusiya...
Azərbaycan Respublikasına isə gəldikdə, onun dövləti heç bir zaman istər fars, istərsə də rus və yaxud hərhansı bir dövlətin himayəsi altına girməməlidir.
Ya müstəqil dövlət kimi yaşamaq yada heç yaşamamaq!
|