Sürgünəm

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

Kirman, 12 şəhrivər 1362 (1983)

 

Sonsuz göyə səpələnmiş ulduzlardan küskünəm,
Ana vətən, doğma şəhər, Təbrizimdən sürgünəm,
Mən bu çaşqın düzənsiz, yuvarlanan taledən
Yara vuran qaranlıq, köləlikdən üzgünəm.

 

Yağış yağar, çaylar axar, ot göyərər Təbrizdə,
Mən burada bulutlanmış, əsir düşmüş bir günəm.
Günəş saçar, quşlar uçar, güllər açar çəməndə,
Mən də gərək uzaqlarda qara bəxtə çulqalanmış bir talei düşünəm.

 

Ay ağalar, Siz qınayın yazı yazan Tanrını!
Deyin görəm –
- Nə vaxtacan kölələnmiş bu elimin dalınca mən sürünəm?


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa