Son günlər Azərbaycan Respublikasının BMT-dəki nümayəndəsinin İran və Özbəkistanda insan haqlarının pozulması məsələsi ilə bağlı bu iki ölkəyə nəzarətin götürülməsinə müsbət səs verməsi bir sıra güney Azərbaycan təşkilatları və Azərbaycan Respublikasında fəaliyyət göstərən müxalif qurumların etirazına səbəb olmuşdur. Həmin məsələdə xaricdə diaspora təşkilatları kimi çalışan bir sıra digər qurumlarda müxalif mövqedən çıxış edərək başda prezident İlham Əliyev olmaqla Azərbaycan rəsmilərin kəsgin tənqid etmişdirlər.
Bu hadisənin üstündən qısa bir sürə keçmiş Azərbaycan Respublikasında yaşayan GAMOH üzvü Hadi Müsəvinin ölkədə qanunsuz yaşadığına görə həbsi və onun ölkədən çıxarılması yeni bir narazılıqların yaranmasına səbəb oldu.
Yuxarida qeyd etdiyimiz hər iki məsələ ilə bağlı göstərilən sərt reaksiyalar, xüsusən bəzi şəxslərin təhqir amiz və düşməncə davranış və çıxışları ilk növbədə Tehran rejiminin yürütdüyü siyasətə xidmət etdi. Azərbaycanın müstəqilliyin yenidən əldə etdiyindən bu günə kimi Tehran hakimiyyətinin ciddi şəkildə yürütdüyü siyasətlərdən biri Güney Azərbaycan türkləri içində Azərbaycan Respublikasına qarşı inamsızlıq yaratmaq və Arazın iki tayında olan soydaşlar arasında bir-birlərinə qarşı pis fikir formalaşdırmaqdan ibarət olubdur. Fars hakimiyyəti zaman-zaman hər bir fürsətdən istifadə edərək bu siyasətin həyata keçirməyə çalışmış və yazıqlar olsun ki bəzi hallarda Azərbaycan rəsmilərinin bir sıra xoşa gəlməz addımlarından, Güney azərbaycan fəallarının qeyri məntiqi və düşünülməmiş çıxış və hərəkətlərindən yararlanaraq bu istəyinə nail olmuşdur.
Yuxarida da qeyd etdiyimiz ki baş vermiş son iki hadisə ilə bağlı bəzi güneylilərin, habelə müxalif partiya mənsublarının emosional və çılğın reaksiyaları bir daha Tehran hakimiyyətinin sevincinə səbəb ola biləcək səviyyədə olmuşdur. Xüsusən GAMOH fəallının həbsi və onun ölkədən çıxarılması məsələsində tutulan mövqelər daha çox məsələnin üzdə görünən tərəfin əsas tutub və hadisənin arxasında başqa məqamlarında olmasın araşdırmadan olmuşdur. əlbəttə adı çəkilən soydaşımızın İrana təhvil verilməsin təqdirə layiq hərəkət hesab etmək mümkün deyil. Bu şəxsin Azxərbaycan Respublikasında saxlanılaraq hər hansı probleminin olmasın araşdırmaq və işinə obiyektiv şəkildə baxılmasın daha məqsədə uyğun hesab edirik. Ancaq bir məsələni nəzərə almaq lazimdir ki indiyə kimi təcrübədə belə və ya buna oxşar hər hansı hadisə baş verməmişdir. Bu günə qədər Azərbaycan Respublikasının hər hansı siyasi-milli şəxsi İrana təhvil vermək faktına rast gəlmək mümkün deyil. Bununla yanaşı həmdə nəzərə alsaq ki adı çəkilən soydaşımızın iddia olunan fəaliyyəti Tehran hakimiyyəti üçün təhlükə doğura biləcək səviyyədə olmadıqından bu şəxsin sırf milli fəaliyyətlərinə görə təhvil verilməsi heç bir məntiqə uyğun gəlmir.
Yəqin ki Azərbaycana qarşı ağır ittihamlar səsləndirən bəzi şəxslər və qurumlar soydaşımız Hadi Müsəvinin neçənci ildə hansı məqsəd və tapışırıqla, hansı maliyyə dəstəyi ilə Azərbaycana gəlməsindən xəbərsizdirlər. Elə görünür,xəbərsiz olduqları üçündə belə sərt mövqedən çıxış edirlər. Bu məsələdə GAMOG sədri Mahmudəli bəy Çöhrəqanlı yəqin ki təşkilatının Bakı nümayəndəliyindən müdafiəsinə qalxdəğı, məsələsin Osman bayrağı edib qalmaqal törətmək istədiyi gənc soydaşımız Hadinin Azərbaycana gəlməsi məqsədin öyrənəndən sonra mövqeində dəyişiklik etməyə özündə cəsarət tapacaq. Acıqlı çıxışlarında redaktələr etməli olduğun anlayacaq. Etməzsə belə çıxacaq ki, Mahmudəli bəy bütün məsələlərə Azərbaycan mənafei, Güney Azərbaycan maraqları cəhətindən yox, ancaq öz şəxsi acığı, qazancları yönündən yanaşır.
Bütün bunlarla yanaşı biz bir daha soydaşımız Hadi Musəvinin İrana təhvil verilməsinin əleyhinə olduğumuzu və bu şəxsin Azərbaycanda işinə baxılmasın məqsədə uyğun hesab etdiyimizi bildiririk. Yazıqlar olsun ki bu belə olmadı. Bu isə nə bizə nə hər hansı başqa şəxsə Azərbaycana qarşı ağır ittihamlar səsləndirərək Tehran hakimiyyətinin dəyirmanına su tökməyə, güneylilərdə öz dövklətləri olan Azərbaycan Respublikasına qarşı mənfi fikir yaratmaq cəhdlərində bulunmağa əsas vermir. Bizi bu gün hakimiyyətdə kimi olması, bizə qayğı göstərib göstərməməsi deyil, Azərbaycan dövlətçiliyi və ümum Azərbaycan maraqları düşündürür. Ona görədə təmkinli olmağa məcburuq. |