Cavidan ELBARS
Dünya Azərbaycanlıları Konqresi
|
Cavidan ELBARS |
16.06.2007 "Konqres" jurnalı, №3, 2007
|
Dünya Azərbaycanlıları Konqresinin tarixi bir sıra başqa təşkilatlarımız kimi yarandığı ilk gündən müxtəlif çəkişmələr və problemlərlə zəngin oluub. Növbəti Qurultaylarda isə öz ifadələri ilə desək “istiqlalçı” və “Azərbaycançı” qüvvələr “iranmeyilli” qüvvələri sıxışdırıb təşkilatdan uzaqlaşdıra bildilər. Azərbaycan Respublikasının vaxtkı mətbuatında həmin məsələlərlə bağlı yuxarıda toxunduğumuz “istiqlalçı” soydaşlarımıza istinadən verilən geniş yazılar, Azərbaycançı fəalların məsələ ilə əlaqədar verdikləri müsahibələr dediklərimzin təsdiqidir.
Yazıqlar olsun ki bu dəfədə bu arzular gerçəkləşmədi. II və III Qurultaylarda özlərinin, yəni istiqlalçıların “İranmeyilli” qüvvələrə qalib gəldiklərin iddia edərək gələcək planlardan ağız dolusu danışan “rəhbəriyyət” bir-birlərinə düşmən kəsilməyə başladılar. Qurultaylarda saxta səsvermə, çətəçilik, qrupbazlıq kimi məsələlər yavaş-yavaş təşkilat daxilindən qırağa da çıxdı. Dünənə kimi eyni “cəbhə”də olan soydaşlarımız bir-birlərinə qarşı cəbhə tutaraq qarşılıqlı şantaj və böhtanlara əl atdılar. Utandırıcı haldır ki millətimizin haqları, Azərbaycan dövlətçiliyinin keşiyində durmalı olan şəxslərin cəbbəxanalarından “qarşı tərəfə” açılan atəş ailə məsələlərin belə əks etdirən töhmətlər, ən aşağı səviyyəli ittihamlardan ibarət oldu. Bu “fəalların” davranışlarının kökündə bir sıra şəxsi ixtilaflar və ambissiyalar dursada sonradan həqiqətəndə iranmeylli olan qüvvələr, qurum daxilinə atılmış təxribatçı “desant”lar yaranmış və yaxud yaratdığları şəraitdən lazimi istifadəni edib, tərəfləri təhrik edərək gərginliyi şiddətləndirə bildilər. Tehran rejiminə bağlılıqı ilə tanınan şəxslərin bəzi milli şəxslərin vasitəsilə quruma soxulma imkanı əldə etmələri, İran xüsusi xidmət orqanlarının bu barmaqlarınının qurum rəhbərliyinə təsir imkanlarının güclənməsi DAK-ın arzuolunmayan uçurumlu yola yönəlməsinə gətirib çıxardı. Əlbəttə burada Azərbaycan Respublikasının bir sıra hökumət məmurlarınında qurumun belə duruma düşməsində oynadıqları rolu danmaq olmaz.
Təşkilatın VI qurultayın bəlkədə fəaliyyət tarixinin zirvəsi saymaq olardı. Həmin qurultayda bir çox müsbət qərarların qəbul olunması, Güney Azərbaycana yönəlik fəaliyyəti genişləndirmək məqsədilə Güney Azərbaycan Komitəsinin yaradılması, bir çox ölkələrdə nümayəndəliklərin təsisi və s. Qurumun gələcək fəaliyyətinin daha da təsirli olacağına ümid yaratmış oldu. Ancaq bununla bərabər yuxarıda vurğuladıqımız kimi Tehran “barmaq”larıda bir sıra insanların “xidmət”ləri nəticəsində qurumda özlərinə yer edə bildilər. Elə bununlada DAK parçalanmağa doğru sürət götürmüş oldu. Maraqlıdır ki təşkilatda hadisələrin inkişaf istiqamətinin parçalanmağa doğru apardıqı barədə qurum rəhbəriliyinə hələ VII qurultaya təxminən 10 ay qalmış İdarə Heyətinin iclasında yazı müəllifi tərəfindən edilən xəbərdarlıq sərt təpki ilə qarşılandı. Təşkilatın arxivində saxlanılmalı olan İH-nin protokollarına müraciə edib dediklərimizi bir daha gözdən keçirmək bəlkə də gələcəkdə baş verməsi gözlənilən biabırıçılıqların qarşısının alınması üçün faydalı ola bilər(bilərdi). Əlbəttə bütün baş verənlərdə vaxtkı təşkilat məsulu Cavad bəyi günahlandırmaq insafdan uzaq olardı. Qurumun parçalanması və bu günkü vəziyyətə düşməsində başqalarınında rolu olmamış deyildi. Ancaq təşkilat rəhbərinin yaranmış problemlərin həllində hər kəsdən çox məsuliyyət daşımalı, bunun üçün isə lazimi səlahiyyətə malik olduğun nəzərə alsaq Cavad bəyin yumuşaq ifadə ilə desək, DAK-ın parçalanmaması üçün fəaliyyəti yetərli deyildi. Buna bir sıra təxribatçı qüvvələrin maraqlarına uyğun olan və qurumun vaxtkı rəhbərliyinin sərəncamı ilə gerçəkləşdirilən təşkilatdaxili dəyişiklikləri əlavə etsək məsələ daha aydınlaşar. Həmin sərəncamlara əsasən DAK İdarə Heyətinin iki üzvü, nəzarət təftiş və Güney Azərbaycan Komitəsi, bir sıra bölgə nümayəndəlikləri ləğv edildi. Bu isə məsələnin həlli üçün olan imkanları heçə endirmiş oldu.
Yuxarıda da qeyd etdiyimiz kimi bəzi qüvvələr təşkilat rəhbərinə müxtəlif vasitələrlə təsir göstərərək milli hərəkatımızın güclənməsi istiqamətində önəmli işlər görmək potensial və imkanına malik olan bir qurumu “əxtə”ləyə bildilər. Bu “başarı”nın nəticəsi isə qurumun ikiyə parçalanaraq ayrı-ayrılıqda qurultay keçirib, hər iki tərəfində eyni ada iddialı olması oldu. Bu isə özlüyündə bir daha DAK-a qarşı olan münasibətin mənfi mənada dəyişməsinə gətirib çıxardı. Hər iki tərəfində uzun zaman qarşılıqlı ittihamlarla çıxış etmələri, bir-birlərin “xəyanət”də, hansısa şübhəli qüvvələrə bağlılıqda günahlandırmaları onsuzda azalmış enerjinin boşa xərclənməsinə nədən oldu. Sonradan VIII “qurultay”larında ikinci tərəf, Məhəmmədrza bəy Xiştinin başçılıq etdiyi qanadın ad dəyişikliyi edərək “Demokratik Dünya Azərbaycanlıları Kongresi” kimi çıxış etmələridə müsbət mənada heç nəyi dəyişə bilmədi. Həmin qanadda təmsil olunan bəzi təcrübəli insanların davam edən yersiz çəkişmə, qurumun birləşməsi istiqamətində aparılan fəaliyyətin qaneedici olmaması və bu haqdakı çıxışların qeyri-səmimiliyinə etiraz əlaməti olaraq və siyasi- milli əxlaqdan uzaq hərəkətlərə dözməyərək istefaları DDAK-ın onsizda hiss olunmayan fəaliyyətinin yox səviyyəsinə enməsilə nəticələndi. Cavad bəy Dirəxtinin başçılıq etdiyi DAK isə yenədə VI qurultaydan sonra parçalanmaya bais olan oxşar olayları bir daha təcrübə etməyə başlamış göründü. Qıraq təsirlərin təhriki nəticəsində qurum rəhbərinin vasitəsilə təşkilat rəhbəriliyinin tərkibində edilən “dəyişikliklər”, siyasi mövqeləri sürüşkən olan şəxslərin qurum rəhbərliyinə gətirilmələri yeni bir böhranın başlanacağı haqda verilən proqnozları gerçəkləşdirdi.
Brukseldə keçirilməsi nəzərdə tutulan IX qurultayın ertələnməsi, sonradan may ayında Türkiyədə keçiriləsi nəzərdə tutulan qurultayın yerinin bir daha dəyişdirilərək Almaniyaya təyin olunması, uzun illər təşklatda fəaliyyət göstərmiş bir sıra fəalların istefaları, nümayəndəliklər arası və habelə nümayəndəliklərlə təşkilat rəhbəri arasındakı soyuq münasibətlər, sədr aparatı və DAK məclisi arasındakı çəkişmələr neçənci dəfə olaraq bu tərkib və rəhbərliklə müsbət yöndə ciddi uğura nail olmağın mümkün olmayacağın təsdiqləmiş oldu. Hərçənd əsirani-qüyudati zəmanız, Bəzi təşkilatlarımızın, konkret olaraq isə Dünya Azərbaycanlıları Konqresinin hazırkı duruma düşməsinin bir sıra səbəbləri olsada qısaca olaraq aşağıda bəzilərinə toxunmağı lazim bilirik. I. Bizcə əsas səbəblərdən biri kimi adı çəkilən təşkilata rəhbərlik edən şəxslərin dünya görüşləri və siyasi baxış darlıqların qeyd etmək olar. Qurum yönəticilərinin bir çoxu siyasi təcrübə və biliyə malik olmadıqlarına görə siyasi təcrübəsi olan insanların qurumda təmsil olunmalarını bir növ özlərinin kölgədə qalmaları kimi dəyərləndirdikləri üçün zaman-zaman nüfuzlu insanların cəlbinə yaranan şəraiti korlamaqdan belə çəkinməyiblər. Təssüfləndirici haldır ki bu “tədbir”lər bir çox hallarda insani münasibətlərdə qəbul olunmuş ən adi normalar dışında töhmət , təhqir və şantajlar vasitəsilə həyata keçirilib. IV. Rəhbərliyin siyasi biliksizliyi və təşkilatçılıq qabiliyyətinin olmaması normal təşkilatçılıq fəaliyyətlərinin həyata keçməsinə əngəl olur. Bu isə özlüyündə qurumu çərçivəsiz və siyasi fəaliyyət xətti bəlirsiz, gündəlik məsələlərlə uğraşan bir yığnağa çevirir. Belə olan halda isə təbii ki kor-koranə yığnaqdan faydalı və təşkilati fəaliyyət gözləmə ümüdün sıfıra endirir. V. Qurumun tərkibində milli problemlərimizdən xəbərsiz insanların önə çəkilmələri(bu tiplər əsasən maddi imkanlarına görə önə çəkilirlər, ancaq bunların heç bir fayda vermədikləri dəfələrlə sübut olunubdur), dünənə kimi şəxsi qazancları üçün hətta Azərbaycan dövlətçiliyinin əleyhinə olan qüvvələrlə iş birliyində olanların qurumda təsiredici rola yiyələndirilmələri də ciddi məsələlərdəndir. Əlbəttə bu tip şəxslər əsasən Quzey Azərbaycandan olan hansısa məmur və ya iş adamları olurlar. Bu gündə bunların nümunəsi az deyil. Bütün bunlarla yanaşı Dünya Azərbaycanlıları Konqresi neçə illik fəaliyyətinə görə bir sıra uğurlarada imza atmışdır və bir sıra başqa qurumlarla müqayisədə(ancaq müqayisədə) daha çox intellektual qüvvələri özündə birləşdirə bilmişdir.Sadaladığımız problemlərin həlli və mütəşəkkil bir qurum olaraq Azərbaycan məsələləri ilə, özəlliklə Güney Azərbaycan problemi ilə məşqul olmaq üçün isə öncədə vurğuladığımız kimi təşkilat quruluşunda ciddi dəyişikliklər edilməlidir. Və ya. Müstəqil Azərbaycan dövlətinin mövcud olduğun, Azərbaycan Respublikasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adında qurumun, habelə Dünya Azərbaycanlıları Qurultayı adı ilə müntəzəm geniş toplantıların keçiriləcəyin(iki belə qurultay keçirilib) və nəhayət bir sıra məsələlərlə Azərbaycan hökumətinin məşğul olma imkanlarının olduğun nəzərə alaraq;
Başqa bir qeyd; Hazırkı durumda Dünya Azərbaycanlıları Konqresinə Dr.Cavad Dirəxtinin məsul seçilməsi daha məqsədə uyğundur. Bu görəvə iddialı başqa şəxs və ya şəxslərin seçilməsi DAK-ın daha da qeyri-müstəqil quruma çevrilərək dağılma prosesin sürətləndirə bilər. O üzdən ki, bu günə qədər IX qurultayda təşkilat sədrliyinə adaylıq iddiasında bulunan(lar) hər hansı ciddi dəyişiklik və irəliləyişə nail olma imkanında deyillər. |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa