Cavidan ELBARS
Qurbağa quduranda |
Cavidan ELBARS |
2009
|
Ankaraya ərköyünlük edən Bakı, Tehranla Moskva qarşısında özün “QUZU” kimi aparır!
Bu arada iyirmi ildir çadırlarda ac-yalavac, hansısa xarici təşkilatların umuduna qalan Qarabağ köçkünlərinin dərdin çəkməkdən qarınları, boyunları şişib damazlıq öküzə dönən vətənpərvərlərdə hərəkətə keçməyi məqsədə vəya hər harasa uyğun bildiklərindən, mübarək oturacaq yerlərin yumuşaq kreslolarından tərpədiblər. Millət dərdi, vətən yanğısı, dövlət mənafeyinin qayğısı içdikləri rus arağın, çəkdikləri iran nəşəsin zəhərə döndərib burunlarından gətirib. Bir nəfər tapılıb Ərdoğana, Gülə, Davudoğluna demir ki, ay mərdimazarın balası ilin-günün bu vaxtı belə sarsaq-sarsaq işlərlə məşqul olmaqdansa, gedib balalarınızın gələcəyin düşünün, yaman gün üçün beş-on quruş pul-para birikdirin. Əlbəttə mən inanıram ki, bizim “vətənpərvər” insanlarımız bütün bu yaramazlıqların qarşısında susmayacaq, yenədə həməşə olduğu kimi öz milli borcların yerinə yetirəcəklər. Bu-gün sabahdan tele kanallarımız “meyxana”, “toylalar kralı”, “yeni ulduz”, “Azəri star” və s. bu kimi milli mənəvi dəyərlərimizin keşiyində duran, onu zənginləşdirən vrilişlərin vaxtından 10-15 dəqiqə kəsib bu tale yüklü, dövlətçilik(cibçilikdə oxumaq olar) maraqlarımızla əlaqəli olan məsələyə həsr edəcəklər. Mən arxayınamki, yenədə metroların qarşısında tiyatro qurub Türkiyənin bu siyasətinə şanlı xalqızın etriazın bildirməsi üçün imza kampaniyası başladılacaq. Doğma, hələdə qoxusu burnumuzda tütən Sovetlər birliyi dönəmindən qalma üsullarla Koroğlu, Qoç Nəbi, Qaçaq Kərəmin nəvələrindən müsahibələr götürülüb, Türkiyənin gəlib bizim əvəzimizə Qarabağı almaması bir yana, Ermənistanla sərhədləri açıb rəhbərlərimizin gizli biznesinə problem yaratdığı üçün qarqışlar yağdıracaqlar. Peşəkar dövlət məmurlarımız xalqımızın qəzəbin yatırtmaq üçün beş-on Türkiyə şirkətin bağlayıb, bir neçə Türkiyəli iş adamın şərləyib içəri basacaqlar.Hələ acıqdan Türkiyə kapitalı və mütəxəsisləri sayəsində dirçələn iqtisadi sahələri Rus, fars şirkətlərinə verib Ərdoğanın cızdağın çıxaracaqlar. Moskvadan bir neçə sari baş, Tehrandan bir neçə saqqallı heyət dəvət edib kameralar qarşısında qucaqlaşıb Abdulla gülün dədəsinin görun çatladacaqlar. Bu yaxınlarda Rusiyanın Xəzər Donanmasının hərbi gəmiləri Bakıya “işgüzar” səfərə hazırlaşırlar. Lazim gəlsə onların qabağında qurban kəsib, burada qalmaların xahiş edəcəyik ki, Davudoğlu kimin kim olduğun başa düşsün. Hələ yenədə lazim gəlsə Azərbaycan bazarında Tehran “qarası”nın satış həcminin çoxalmasına da şərait yarada bilərik. İlkər Başbuğ başa düşməlidir ki, artıq biz əvvəlki kimi “Türk ulduzlarının Bakı göylərində göstəri yapıb Tehrana xəbərdarlıq etməsinə” möhtac deyilik. Uğurlu siyasətimiz nəticəsində hər kəsin payın verib, əlavə qan qaraçılıq yaranmasına şərait yaratmırıq.
Nə isə, lazim gəlib çıxsa biz hələ çox işlər görə bilərik. Nə yaxşı ki Lazim kişi gəlib çıxmır, yoxsa olub-qalan abrımız da tökülər, cümlə aləm qarşısında eşşəkdən düşmüşə dönərdik.
PS; Nə Türkiyə sərhədləri açandı, nədə Ermənistan türk düşmənliyindən əl çəkən. Sadəcə ara-sıra belə halların yaranması Azərbaycanında dövlət olduğun xatırladır. Nə yaxşı ki Türkiyə varmış və Azərbaycan hökuməti onun üstünə şeşələnib Azərbaycan adda bir dövlətin olduğun insanlara hiss etdirir. Əslində bu Türkiyənin xidmətidir. Çünki, bu hökumət Türkiyədən və öz soydaşlarından, xalqından başqa hər kəsin və hər bir dövlətin qarşısında özün “Quzu balası” kimi aparır. Sağ olsun Türkiyə. |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa