|
|
|
Jurnalın birinci nömrəsində, təşkilata aidiyyatı olan sənəd və bəyanatlar ilə yanaşı, aktual mövzulara toxunan məqalələrə və Azərbaycan Demokrat Firqəsinin yadigarları olan şəxsiyyətlərimizdən şeirlərə yer verilmişdir.
Mövzuları Güney Azərbaycan, Qarabağ və Bütöv Azərbaycanı əhatə edən, müəllifləri isə Seyfəddin Altaylı, Arif Rəhimoğlu, Hadı Qaraçay, Ş. Azərəxş, Əli Fitrət, İbrahim Zakir, Müzəffər Dirəfşi, Aşıq Hüseyn Cavan v.b. olan yazılar, oxucularla paylaşılır. |
|
|
|
"Konqres"in ikinci nömrəsində Siz, siyasi-ictimai xarakterli məqalələrlə yanaşı, diaspora təşkilatlarımızın müxtəlif münasibətlərlə tədbirləri, Quba məzarlığı, Strasburq tələbələrinin birinci forumu, qurum və şəxsiyyətlərimiz barədə oxuya bilərsiniz. Bu nömrədə dərc olunmuş materialların müəllifləri, Mövlud Süleymanlı, Ruhi Tuna, Mirzə Bala Məmmədzadə, Mədinə Gülgün, Seyfəddin Altaylı, Mustafa Alınca, Mirzə Ələkbər Sabir, Arif Rəhimoğlu, C.Güney, Sədrəddin Soltan, Abdulla Əmir Haşimi (Cavanşir) və başqalarıdır.
. |
|
|
|
Başlıca 22 May 2006 (xordad 1385) Qiyamına həsr olunmuş "Konqres" jurnalının 3-cü nömrəsində, qiyamın ildönümü münasibəti ilə Güney Azərbaycanda baş vermiş hadisələr və diaspora təşkilatlarımızın bunlarla bağlı fəaliyyətləri barədə məlumatlarla yanaşı, Şuşanın işqal günü, Məmməd Əmin Rəsulzadə, Səməndər, Firidun İbrahimi barədə yazılar paylaşılaraq, müəllifləri Əbülfəz Elçibəy, Pişəvəri, Həbib Sahir, Elçin Əfəndiyev, Seyfəddin Altaylı, C. Güney, Hökümə Büluri, Abdulla Əmir Haşimi (Cavanşir) və b olan yazılar dərc edilmişdir. |
|
|
|
"Konqres" jurnalının növbəti 4-cü nömrəsində, oxucularımız, qan yaddaşlarımız, Firqəmizin yadigarları və xatirələri barədə yazılarla tanış olaraq, Güney Azərbaycandan ən son xəbərləri və təşkilat sənədlərini oxuya bilərlər. Bu nömrədən etibarən, xarici dillərdə də materiallar paylaşılır. |
|
|
|
№5, sentyabr-oktyabr/2007
Bildiyiniz kimi, hələ 4-cü nömrədə xarici dillərdə də Azərbaycanımıza aid materiallar oxucularla paylaşıldı. "Konqres" jurnalının 5-ci nömrəsində isə, artıq 50% möhtəva məhz ingilizcə təqdim olunur. İngilizcə Güney Azərbaycan problemi, erməni təcavüzü və terrorizmi barədə məqalələrlə yanaşı, Güney Azərbaycanın mədəniyyət və ədəbiyyatından da nümnunələr təqdim olunur. Bunlarla yanaşı, GAK-ın bəyanatları və sair ictimai-siyasi, bədii yazılar paylaşılır. Bu sayda dərc edilmiş materialların müəllifləri Pişəvəri, Elçin Əfəndiyev, Hadı Qaraçay, Cavidan Güney, Sədrəddin Soltan, Seyfəddin Altaylı, Ərsan Ərel, Cəmil Həsənli, Səməd Vurğun, Şəhriyar, Süleyman Rüstəm, Erix Fayql, Nəsib Nəsibli, Abdulla Əmir Haşimi (Cavanşir) və başqalarıdır. |
|
|