"ARAZ" teatr-studiyası

Bizlər hər zaman dünyaya səpələnmiş azərbaycanlıların mədəni inkişafını diqqət mərkəzində saxlamağa çalışmışıq. Elə məhz bu məqsədlə, 2001-ci il 30 iyun tarixində "ARAZ" adlı teatr-studiya təsis edildi. Təsis mərasimi Polşa dramaturqu Slovamir Mrojekin "Mühacirlər" traqi-komediyasının səhnələşdirilməsi ilə düzənləndi. Həmin əsər barədə deyək ki, onu ingiliz dilindən tərcümə edən Şaiq Cabiroğlu, rejissoru respublikanın əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev, rolları ifa edənlər Respublikanın əməkdar artisti Ayşad Məmmədov və aktyor Qurban İsmayılovdur. "ARAZ" teatr-studiyası, yarandığı gündən bəri Türkiyədə Türk Dünyası Kültür Mərkəzində, Altay Vaqfında, Hollandiyanın Haaqa şəhərində keçirilən DAK-ın 6-cı qurultayında, Haaqadakı Azəri-Türk Kültür Dərnəyində, Rotterdam şəhərində türkiyəli qardaşlarımızın yaratdıqları Sahne Sanat Kurumunda, Dünya Azərbaycanlıları Konqresinin (DAK) 2004-cü il 30-31 yanvar, 1 fevral tarixdə Fransanın Strasbourg şəhərində keçirilən 7-ci qurultayında, Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndələriyində, "KAPELLHAUS" Alman-Azərbaycan Mədəniyyət Birliyində və digər yerlərdə öz "Mühacirlər" tamaşasını uğurla səhnələşdirmişdir.

 

Mühacirlər: afişa
Mühacirlər: Qurban İsmayılov və Ayşad Məmmədov
Mühacirlər: Qurban İsmayılov və Ayşad Məmmədov
Mühacirlər: Qurban İsmayılov Mühacirlər: Qurban İsmayılov və Ayşad Məmmədov Mühacirlər: Ankara
Mühacirlər: KAPPELHAUS Alman-Azərbaycan Mədəniyyət Birliyi
Mühacirlər: broşür, KAPPELHAUS
Mühacirlər: EXO qəzeti
Mühacirlər: Zerkalo qəzeti Mühacirlər: afişa, Hollandiya Azəri-Türk Dərnəyi

 

2004-cü ildə "ARAZ" teatr-studiyası Amerika dramaturqu Artur Milletin "Körpüdən mənzərə" pyesini Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun maliyyə yardımı ilə tamaşaya hazırladı. Əsərin primyerası may ayının 13-də oldu. Qeyd edək ki, əsəri ingilizcədən tərcümə edən Şaiq Cabiroğlu, tamaşanın rejissoru əməkdar incəsənət xadimi və "Qızıl Dərviş" mükafatları laureatı Hüseynağa Atakişiyev, bəstəkarı xalq artisti və dövlət mükafatları laureatı Xəyyam Mirzəzadə, rəssamı əməkdar rəssam və dövlət mükafatı laureatı Nazim Bəykişiyevdir.

 

Körpüdən mənzərə: Ketrin - Yeganə Əsədova, Rodolfo -Murad Məmmədov
Körpüdən mənzərə: Alfyeri -Ayşad Məmmədov (əməkdar artist), Marko -Elşən Hacıbabayev
Körpüdən mənzərə: afişa
Körpüdən mənzərə: Biatris -Lətafət Məmmədova, Eddi -Qurban İsmayılov Körpüdən mənzərə: Ədəbiyyat qəzeti

 

Bundan başqa "ARAZ" teatr-studiyası milli-vətənpərvərlik ruhda ədəbi-bədii tamaşa hazırlamışdır ki, bu artıq Strasbourgda DAKın 7-ci qurultayında və DAK-ın 2005-ci il 16 aprel tarixində Ankarada (Türkiyə) keçirilən 8-ci qurultayında göstərilmiş, millət vəkili və görkəmli şair Zəlimxan Yaqubun şerləri əsasında, Gənclər Teatrının aktyoru Sərvər Əliyevin səhləşdirdiyi "Ey vətən oğulları!" və Azərbaycan şairləri Zəlimxan Yaqubun, Abbas Abdullanın, Nizami Sarajlının Türkiyəyə həsr etdikləri şerlər əsasında hazırlanmış "Sevirəm səni, Türkiyə!" ədəbi-bədii tamaşalarıdır.

 

Sevirəm səni Türkiyə!: afişa
Ey vətən oğulları!: afişa
Təşəkkür: Türk Dünyası Kültür Merkezi
Təidiyyə: Chief of Mission İOM Azerbaijan

 

Xatırladaq ki, "ARAZ" teatr-studiyası müstəqil hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 09.03.2004 tarixində təsisçisi Qurban İsmayılov olaraq "ARAZ teatr-studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə qeydiyyatdan keçmişdir.

 

Diplom
Diplom
Heyvanxanada nə baş verir?: afişa
Keçəlin toyu: afişa
Keçəlin toyu: afişa

 

Dekabr 2008-də isə Stokholmda ilk dəfə olaraq Azərbaycan teatrını məhz ARAZ teatr-studiyası səhnələndi. Xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini yüksək səviyyədə təmsil edən təsisçisi və direktoru Qurban İsmayılov olan ARAZ teatr-studiyası, tərkibində Azərbaycan Respublikasının əməkdar artistləri Ayşad Məmmədov, "Çal-cağır Şou"dan tanınmış Dilarə Əliyeva və Tünzalə Əliyeva, xarakterik rolların mahir ifaçısı aktyor Ədalət Əbdülsəmədov ilə, "Öldür məni can-cigər" (Əziz Nəsin), "Mühacirlər" (Slavomir Mrojek) və "İmperator" (Elçin Hüseynbəyli) adlı tamaşalarını təqdim etdilər. Beş saata yaxın, tamaşaçılara çox gözəl əhval-ruhiyyə bağışlayan ARAZ teatr-studiyası, Stokholm azərbaycanlılarının böyük rəğbətini qazandı (əlavə fotolar üçün bu keçidə daxil olunuz). Stokholmda 21 Azər münasibəti ilə keçirilən tədbirdə də iştirak edən ARAZ teatr-studiyasına, xarici ölkələrdə Azərbaycan teatr mədəniyyətini layiqincə təmsil etdiyinə görə Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir) tərəfindən təqdirnamə təqdim olundu.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa