ADF IT e-qrupuna Siz də üzv olun! |
........ |
|
GAK e-qrupuna, üzv olmaq üçün: |
........ |
|
Banner mübadiləsi üçün:
Azəristan ölkəsin sanma bügün başsız bədən,
|
|||||
Forumla bağlı fikirlərim
|
|||||
18.X.2011. GAK, həvadarlarına Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının əhəmiyyətindən danışdı. Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümündə, Respublikanın son 20 ildəki inkişafından danışaraq, müstəqilliyimizin Güney Azərbaycan Milli Hərəkatına müsbət təsiri və onun yeni mərhələyə qədəm qoymasını təkid etdi və verilən sualları cavablandırdı. |
|||||
UŞAQ BAYRAMINDA AZƏRBAYCAN ÇADIRI17.IV.2011. İsveçin paytaxtı Stokholm şəhərində, Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün dünya uşaqlarına həsr etdirdiyi 23 Aprel - Uşaq Günü, təntənəli formada, İsveçdəki Türk Gəncləri Federasiyasının təşkilatçılığı ilə, qeyd olundu. Bu il ikinci dəfə olaraq Azərbaycan çadırı, Azərbaycan Federasiyası - İsveç tərəfindən quruldu və milli alətlərimiz, geyimlərimiz və mədəniyyətimizi əks etdirən video-görüntülər vasitəsi ilə Azərbaycan mədəniyyəti ilə müxtəsər tanışlıq şəraiti yaradıldı. Müxtəlif türk rəqs qrupları, mügənnilər, Kungsträdgården-də keçirilən şənliyi coşdurarkən, türk mətbəxinin yeməkləri, müxtəlif türkdilli icmaların mədəniyyətlərinin təqdim edildiyi çadırlar, yüzlərcə insanın birləşdiyi məkana rəngarənglik verdi. Fotolar |
|||||
22 MAYDAN 28 MAYA GEDƏN YOL"DURNA" DƏRNƏYİNİN TƏDBİRİ / STOKHOLM22 May (1 xordad) qiyamının ildönümü və 28 may - müstəqilliyimizin 93 illiyi münasibətilə Stockholmda fəaliyyət göstərən Durna cəmiyyətinin təşkilatçılığı ilə, 21 may 2011 tarixində, saat 17.00-dan 22.00-dək, Sundbyberg-də Esplanaden 3C ünvanında yerləşən ABF binasında seminar və şənlik keçiriləcəkdir. Stokholm azərbaycanlıları dəvətlidirlər! |
STRASBURQDA "AZƏRBAYCAN 20 - BAXIŞ 20" DEVİZİ ALTINDA FORUM KEÇİRİLDİ10-11 mart 2011 günlərində Strasburqda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin "Azərbaycan 20 - baxış 20" devizilə forumu keçirildi. 25 ölkədən 150-dən artıq tələbənin bir araya gəldiyi forumda, gənclərin Azərbaycana xidmət yolları müzakirə edildi. Forum barədə ətraflı məlumat və fotolar keçidlərdə mövcuddur.
|
||||
İran! Əllərini Azərbaycan Respublikamızdan çək! |
|||||
06.II.2011. /AFİ. Stokholmda, İran səfirliyinin qarşısında, Azərbaycan Federasiyası – İsveç AFİ-nin təşkilatçılığı ilə Atatürk Düşüncə Dərnəyinin və Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəriyyəti və üzvlərinin, həmçinin Uyğur Maarifləndirmə Cəmiyyətinin idarə heyyəti və üzvlərinin iştirakı ilə, İranın, Azərbaycan Respublikasına qarşı fitnəkar siyasətinə etiraz olaraq aksiya keçirildi. [...]“İran, Azərbaycanın daxili işlərinə qarışma!”, “Təbriz-Qəzvin oyaqdır, Şuşamıza dayaqdır!”, “Təbriz-Urmu oyaqdır, Bakımıza dayaqdır!”, “İran, Azərbaycan Respublikamızdan əllərini çək!”, “Şovinist İran!”, “Faşist İran!”, “Bakı kültür ocağı, Tehran fəsad bucağı”, ... ardı |
|||||
Güney Azərbaycanda siyasi məhbuslara azadlıq! |
|||||
31.XII.2010. /AzadTribun.Com, Eluca Atalı. 2010 - cu il 31 dekabrda Stokholm şəhərinin mərkəzində Güney Azərbaycanın acı və acınacaqlı durumu ilə bağlı möhtəşəm informasiya kompaniyası keçirilmişdi. Əvvəlcədən xəbər verdiyimiz kimi, tədbir şəhər mərkəzindəki Stadsteatrın qarşısında, adamların çox gəlib-getdiyi bir xiyabanda düzənlənmişdir. Burda Güney Azərbaycanın siyasi məhbusdlarının, İran gizli polisinin əli ilə qətlə yetirilənlərin, ETTELAAT tərəfindən ağır bədən xəsarəti alanların, daş-qalaq olan qadınların, İran şəhər meydanında vəhşicəsinə boğazından asılan gənclərin ... ardı |
|||||
"Şəkərli ayətullah Azərbaycan qadınlarını
|
|||||
Abdulla Əmir Haşimi: "Məkarim Şirazi İranda törətdiyi qanlı cinayətləri Azərbaycan Respublikasında da hicab pərdəsi arxasında təkrarlamaq niyyətindədir"
İranlı ayətullah Məkarim Şirazinin Azərbaycan məktəblərində hicaba qadağa ilə bağlı məlum təxribat xarakterli fətvasına İsveçdən də cavab gəldi. "Xalq Cəbhəsi"nə açıqlama verən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir) bildirdi ki, İran Azərbaycanı hicabla dəfələrlə hədələyib. /Cavid. Xalq Cəbhəsi. 29.XII.2010 Abdulla Əmir Haşimi deyir ki, [...] "Şübhəsiz ki, Azərbaycanın yüksək düşüncəli qadınları- Mehricanlar, Məhinbanular, Nüşabələr, Rüstəmələr, Heyranlar, Əzəmətlər, Zeynəbpaşalar, Səriyələr, Humalar, Mərziyələr və yüzlərlə belə məşhur qəhrəmanların yollarını gedən analarımız, bacılarımız, həyat yoldaşımız və qızlarımız bu kimi fırıldaqlara və xaricdən yönəldilmiş fitnəkarlıqlara yol verməzlər. Orta əsrlərin geridəqalmış adət-ənənələrinə qarşı oğul, qardaş, ataları ilə çiyin-çiyinə qazandığımız Azərbaycan Respublikasının müstəqilliyini qoruyaraq, konstitusiyada qeyd edildiyi kimi dinin siyasətdən ayrı olmasını qoruyub yaşadacaqlar. Azərbaycanın şərəfli qadın və qızları cəmiyyətimizdə olan siyasi, ictimai və sosial problemlərin həllini İranda, İraqda, Əfqanistandakı kimi "hizbullah", fanatizm və islam ifratçılarının yollarında, ayətullah Nasir Məkarim Şirazilərin dediklərində axtarmamalıdırlar. Qadınlarımız siyasi, ictimai və sosial problemlərin həllini elm və texnologiyanın tərəqqisində, iqtisadi inkişafda, mədəniyyətin yüksəlişində, sosial rifahın genişlənməsində axtarmaları lazımdır". ardı |
|||||
Stokholmda Həmrəylik Günü tədbirləri |
|||||
30.XII.2010. /"Qarabağ" dərnəyi. Əziz bayram günü olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü Stokholmda iki tədbirlə qeyd edildi. 29 dekabrda İsveç Azərbaycanlıları Konqresinin təşilatçılığı ilə keçirilən şənlik axşamını yeni musiqi-diskindən mahnılarla bəzəyən Safura Əlizadəni milli musiqimizlə Ürfan və Gürsel Həsənovlar müşayiət etdilər. Tədbir ArazTV vasitəsilə canlı internet üzərindən yayımlandı. 30 dekabrda keçirilən şənlik isə Odlar Yurdu dərnəyi tərəfindən təşkil olunmuşdu. Hər iki tədbir, iştirak edən soydaşlarımıza xoş əhval-ruhiyyə bəxş etdi... ardı |
|||||
21 AZƏR QİYAMININ QƏLƏBƏSİNİN 65 İLLİYİ / STOKHOLM12.XII.2010. /Durna dərnəyi. Güney Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökümətin və 21 Azər qiyamının qələbəsinin 65-ci ildönümü münasibətilə, Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin təşkilatçılığı ilə 12 dekabr 2010 tarixində, Stokholmda tədbir keçirildi. Tədbirdə mahnılar oxundu və şam-yeməyinə iştirakçılar dəvət edildi. Mərasimin çıxışçısı Abdulla Əmir Haşimi (Cavanşir)-in çıxışını sizinlə paylaşırıq. ardı |
ARİF KƏSKİN STOKHOLMDA ÜÇ SEMİNARLA ÇIXIŞ ETDİ23.XI.2010. /"Qarabağ" dərnəyi. Orta Şərq ölkələri üzrə araşdırmacı uzman Arif Kəskin, Azərbaycan Federasiyası - İsveç (AFİ)-nin dəvəti ilə İsveçdə üç seminarla çıxış etdi. Türkiyə-İran münasibətləri, Güney Azərbaycan Milli Hərəkatının prinsipləri mövzuları barədə çıxış edən Arif Kəskinin seminarlardan söhbətlərini buradan izləyə bilərsiniz. ... |
||||
"Düzgün gələcək keçmişin təcrübəsi üzərində qurulur" |
|||||
"Ölkəm" jurnalı, 2010. Ayda Əmir Haşimi: [...] “Keçmiş nəsil yalnış yolda olublar” və ya “yaşayışları modernizmlə ziddiyyətdə olub” fikirləri ilə qəti razı deyiləm. Əksinə, öz şəxsi təcrübəmdən başa düşmüşəm ki, düzgün gələcək keçmişin təcrübəsi üzərində qurulur. Bugünkü gənclər arasında yaşanan xaos, böyüklərə hörmətsiz yanaşmadan narazıyam. Arzu edərdim ki, gənclər hərcmərclikdən və eqoistlikdən uzaq olub, tariximizdən, böyüklərimizdən, Atalarımızdan bəhrələnsinlər, kollektiv iş və fəaliyyətdən zövq alaraq, Azərbaycanda gələcək müasir cəmiyyəti qurmaqda keçmişin və böyüklərimizin təcrübəsinə arxalansınlar. ardı |
|||||
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN İNTEQRASİYASIAyda Əmir Haşimi. [...] Budur xarici ölkələrdə yaşayan inteqrasiya ola bilməyən “qara baş” adlanan, xalqının, dövlətinin, qohum-əqrəbasının qayğısından məhrum qalan azərbaycanlı gənclərin sərəncamı! tam mətn |
ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ AZƏRBAYCAN GƏNCLİYİDr. Azər Babayev. Hörmətli xanımlar və cənablar! |
||||
Dünya Azərbaycanlı Gənclərinin I Konqresi / Frankfurt |
|||||
29.XI.2010. /GAK. Noyabrın 27-28-i Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi keçirildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Konqresə 23 ölkədən 172 gənclər təşkilatının nümayəndələri, qonaqlarla birlikdə 200 nəfərdən artıq iştirakçı var idi. İki günlük Konqresin sonunda, Qurultay qətnaməsi, Prezidentə müraciət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökümət başçılarına müraciət qəbul edildi. Sənədlərə əsasən, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis... ardı |
|||||
Qulamrza Əmani Stokholmda yad edildi |
|||||
31.X.2010. /"Qarabağ" dərnəyi. Stokholmda, Azərbaycan Federasiyası-İsveç (AFİ)nin təşkilatçılığı ilə müəmmalı formada öldürülən milli fəal Qulamrza Əmanini anma seminarı keçirildi. Seminarda Əmani barədə və Güney Azərbaycanda bugünkü vəziyyət və mövcud şəraitlər barədə fikir-mübadiləsi aparıldı. ardı |
|||||
İsveçdə yaşayan azərbaycanlıların Koordinasiya Şurası |
|||||
19.IX.2010. /"Qarabağ" dərnəyi. (Protokolondan çıxarış) İştirakçıların əksəriyyəti gündəliyə aid fikir və təcrübələrini qeyd edərək, xüsusilə Stokholmda son 10 ildə təşkil edilən etiraz-aksiyalarının təcrübələrini nəzərdən keçirərək, müxtəlif aspektlərdən mövzuya münasibət bildirdilər. Müzakirələr zamanı müxtəlif fikirlər ortaya çıxsa da, əsas məsələ yüksək kəmiyyətdə azərbaycanlıların aksiyalara cəlb edilməsi, çıxışçıların təkid nöqtəsi idi. Müzakirələrdə müxtəlif fikirli və baxışlara mənsub olan çıxışçılar, etiraz-aksiyalarının kəmiyyət və keyfiyyət cəhətdən qənaətbəxş səviyyəyə çatdırmağı və İsveç ictimaiyyatının diqqətini Ermənistanın hərbi təcavüzünə və İran İslam Respublikasının şovinisti və anti-Azərbaycan siyasətinə cəlb etməyi ön plana çəkmək olduğunu bildirdilər. Müzakirələrin davamında, Milli Hərəkatda inhisarçılıq, anti-demokratik əməllər və Azərbaycan milli bayrağına alternativ yaradanların vurduğu zərərləri nəzərə alaraq, aşağıdakı qərarlar alındı: ardı |
|||||
Sanksiyalar İranı çökdürür |
|||||
Abdulla Əmir Haşimi: "Qarşıdurmalar genişlənir, azadlıq hərəkatları daha da kütləviləşir"
/20.X.2010. Cavid, XalqCəbhəsi. İrana qarşı beynəlxalq səviyyədə sanksiyaların tətbiqi rəsmi Tehranın narahatlığına səbəb olub. Tezliklə maliyyə sanksiyaları İranı çökdürəcəyini əvvəlcədən düşünənlər yanılmayıblar. İran isə bundan heç narahat olmadığını, əksinə, Qərblə yeni müharibə mərhələsinin başlandığını bildirib. [...] Güney Azərbaycan Konqresinin sədri, Abdulla Əmir Haşimi bildirib ki, ardı |
|||||
"Fars rejiminin ipinin üstünə odun yığılmaz ... " |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir):
/1.X.2010. Cavid, Xalq Cəbhəsi. Son bir neçə ayda qonşu İranın nümayəndə heyətlərinin Azərbaycana rəsmi səfərləri intensiv xarakter alıb. Keçirilən ikitərəfli görüşlərin əsas müzakirə mövzusu dövlətlərarası münasibətlərin normallaşmasına xidmət etsə də, rəsmi Tehranın Bakıya tərəf sürətlə addımlamasının arxasında hansı məqamların dayandığını anlamaq o qədər də çətin deyil. [...] İntensiv xarakter alan belə səfərlərin məqsədi barədə sualla "Xalq Cəbhəsi" Güney Azərbaycan Konqresinin (İsveç) sədri Abdulla Əmir Haşimiyə (Cavanşir) müraciət etdi. Abdulla Əmir Haşimi dedi ki, [...] ardı |
|||||
Uyğur türklərinə 6-cı dəstək mitinqi / Stokholm |
|||||
05.VII.2010. /GAK. Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamından bir il ötür. Həmin qətliama etiraz olaraq, 5 iyul 2010 tarixində, Stokholmda yaşayan uyğur, anadolu və Azərbaycan türkləri, Mynttorget meydanında birgə mitinq keçirtdilər. "Qatil Çin!", "Uyğur!", "Hardadır ədalət? Haradadır insan haqları?", "Faşist Çin!", "Haradadır Avropa Birliyi? Haradadır Birləşmiş Millətlər Təşkilatı?" və s şüarları izdihamla hayqıran mitinq iştirakçıları, aksiyanı Stokholmdakı Çin Xalq Respublikasının səfirliyinə qarşı yürüşlə və orada qara çələng qoymaqla başa çatdırdılar. Çıxışçılar - o cümlədən İsveç-Uyğur Komitəsinin sədri Mahinur Həsənova, Dünya Uyğur Konqresinin məsulları, Uyğur Maarif Dərnəyinin məsulları, Güney Azərbaycan Konqresinin məsulları, həmçinin Müsavat partiyasının İsveç özzəkləri, Azərbaycan Demokrat Firqəsi, AzadTribun portalı və Azərbaycan Federasiyası İsveçin məsulları uyğur xalqının haqlı milli mübarizəsinə dəstəklərini bildirdilər. ... ardı |
|||||
İran əleyhinə mitinq / Stokholm |
|||||
03.VII.2010. /GAK. 3 iyul 2010 tarixində, İsveçdə yaşayan azərbaycanlıların iştirakı ilə, İsveçdəki "İran səfirliyi"nin qarşısında, irticaçı və şovinist İran rejimi tərəfindən Güney Azərbaycan milli-siyasi fəallarının əsassız tutulmalarına etiraz olaraq etiraz-aksiyası keçirildi. Şəhidlər Əmani və Bəxtavər adına Tədarükat Komitəsinin təşəbbüsü ilə təşkil olunan mitinqdə, Azərbaycan Demokrat Firqəsi (ADF), Azərbaycan Federasiyası İsveç (AFİ), Azərbaycan Konqresi - İsveç, Oğuzlar qrupu, Güney Azərbaycan Konqresi (GAK), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatları təmsil olunurdular. Etiraz-aksiyası əsnasında, ... ardı |
|||||
İsveçin Milli və Bayraq Günündə Azərbaycan çadırı |
|||||
06.VI.2010. /"Qarabağ" dərnəyi. İsveç Krallığının Milli Günü və Bayraq Günü olan 6 iyun tarixi, ABF adlı İsveç qurumu tərəfindən, Huddinge bələdiyyəsində fəaliyyət göstərən etnik-azlıq icmalarının əməkdaşlığı ilə təntənəli qeyd olundu. Azərbaycanlıları həmin gün, "Azərbaycan" və "Qarabağ" dərnəkləri, "Azərbaycan Səsi Radiosu" təmsil edirdilər. Azərbaycan Federasiyası - İsveçin də dəstəyi ilə həmin tədbirə İsveçin digər bölgələrində yaşayan Azərbaycan müsiqiçilərinin gəlməsinin tədarükü görülmüş, həm də azərbaycanəsilli iki gənc Zid və AzeriKim isveç və Azərbaycan dillərindəki repləri ilə maraq cəlb etmişlər. Qeyd edək ki, ... ardı |
|||||
22 May qiyamının 4-cü ildönümü / Mitinq |
|||||
23.V.2010. Güney Azərbaycanda baş vermiş 22 May (Xordad) Qiyamının 4-cü ildönümü münasibəti, Stokholmun mərkəzi meydanı Sergels Torg-da, 23 may 2010 tarixində, İsveç azərbaycanlıları tərəfindən etiraz-aksiyası təşkil olundu. Yüzdən çox güneyli-quzeyli azərbaycanlının iştirak etdiyi aksiyada, müxtəlif dillərdə yazılmış şüar-plakatları və traktlar paylanaraq, qətnamələr oxundu, yerli əhali Güney Azərbaycan və onun bugünkü vəziyyəti barədə məlumatlandırıldı. İki dildə aparılan mitinqin aparıcısı Eluca Atalı, çıxışları isveçcəyə tərcümə edənsə Ayda Əmir Haşimi idi. Qeyd edək ki, aksiyaya həm də Linköping, Almaniya, Hollandiya və Helsinkidən soydaşlarımız qoşulmuşlar. Əlavə məlumat və qətnamələr üçün AzadTribun web-səhifəsinə ... ardı |
|||||
22 May Qiyamının 4-cü ildönümü / Seminar |
|||||
22.V.2010. 22 May qiyamının dördüncü ildönümü münasibəti ilə, ABF Şimali Stockholm şöbəsinin əməkdaşlığı ilə Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyəti, 22 may 2010 tarixində seminar təşkil etdi. Behruz bəy Həqqi, Babək bəy Azəri, Əli bəy Mollazadə və Məmməd bəy Azərin çıxışçı olduqları yığıncaqda, iştirakçılarla birgə yeddi saata yaxın fikir-mübadiləsi aparıldı. ... ardı |
|||||
23 Aprel şənliyində Azərbaycan çadırı |
|||||
25.IV.2010. /"Qarabağ" dərnəyi.İsveçin paytaxtı Stokholm şəhərində, Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün dünya uşaqlarına həsr etdirdiyi 23 Aprel - Uşaq Günü, təntənəli formada, İsveçdəki Türk Gəncləri Federasiyasının təşkilatçılığı ilə, qeyd olundu. Bu il ilk dəfə olaraq Azərbaycan çadırı, Azərbaycan Federasiyası - İsveç tərəfindən quruldu və milli alətlərimiz, geyimlərimiz və mədəniyyətimizi əks etdirən video-görüntülər vasitəsi ilə Azərbaycan mədəniyyəti ilə müxtəsər tanışlıq şəraiti yaradıldı. Müxtəlif türk rəqs qrupları, mügənnilər, Kungsträdgården-də keçirilən şənliyi coşdurarkən, türk mətbəxinin yeməkləri, müxtəlif türkdilli icmaların mədəniyyətlərinin təqdim edildiyi çadırlar, yüzlərcə insanın birləşdiyi məkana rəngarənglik verdi. Keçirilmiş tədbir haqqında daha ... ardı |
|||||
Uyğur türklərinə 5-ci dəstək mitinqi |
|||||
30.III.2010. /GAK. Uyğuristanda yerli uyğur türklərinə qarşı tətbiq olunan əritmə siyasətinə və uyğur xalqına qarşı Çin hakimiyyətinin basqılarının davamına etiraz olaraq, Stokholmda yaşayan uyğur türkləri, beşinci dəfə olaraq mitinq keçirdilər. İsveç-Uyğur Maarif Dərnəyi təşəbbüsü ilə keçirilən mitinqə, azərbaycanlılar da öz dəstəklərini bildirdilər. Mitinqdən bir neçə foto və İsveç-Uyğur Maarif Dərnəyinin ... ardı |
|||||
Təbrizli "Haray" qrupu ilə Safura səhnə paylaşdılar |
|||||
27.III.2010. /"Qarabağ" dərnəyi. "Azərbaycanlıların İsveç Konqresinin" Təşkilat Komitəsinin tədarükü ilə, Collosseum restorantında, Təbrizdən dəvət edilmiş "Haray" qrupunun konserti keçirildi. Azərbaycan mahnılarının sədaları altında keçən bir neçə saat, konsert qonaqlarına şən əhval-ruhiyyə bəxş etdi. Axşama, həm də Eurovision-2010 mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Safura da öz mahnıları ilə qoşularaq, şimallı-cənublu azərbaycanlılara gözəl duyğular bəxş edirdi. ... ardı |
|||||
Stokholmda etiraz mitinqi |
|||||
21.III.2010. 11 mart 2010 tarixində İsveç parlamentində bir səs fərqi ilə qəbul olunmuş sözdə, üzdən-iraq 1915-ci il "soyqırım" qərarına etiraz olaraq, 21 mart günü Stokholmun mərkəzi meydanı Sergels Torg-da, İsveç Türk İşçi Dərnəkləri Federasiyası, İsveç Türk Gənclər Federasiyası, İsveç Türk Qadınlar Federasiyası və Azərbaycan Federasiyası İsveç-in təşkilatçılığı ilə birgə etiraz mitinqi keçirildi. Bir çox türkdilli insanların qoşulduğu mitinqdə, uyğur və özbək türkləri ilə yanaşı həm də Kərkük türkmənlərinin də iştirakları var idi. Çıxışçılar, məlum qərarı qəti pisləyərək, yerli türkdilli insanların gələn parlament seçkilərində səslərindən istifadə edərək belə qərarları ... ardı |
|||||
ÇİNGİZ BƏXTAVƏR / 407.II.2010. Bugün, bazar günü, AFİ-nin təşkilatçılığı ilə, Azərbaycan üzrə fəal mərhum Çingiz bəy Bəxtavərin Stokholmda 40-ı mərasimi keçirildi. Milli Hökümətimizin himni ilə açıq elan edildikdən sonra, söz ilk, AFİ sədri Səttar bəy Seviginə verildi. ... Tədbirdə həmçinin, Babək bəy Azəri, Səid bəy Əzizi, Aslan bəy, Yöteborqdan Duman bəy, Elnur bəy Sadıqov və Abdulla bəy Əmir Haşimi (Cavanşir) çıxışlar edərək, ... ardı |
XOCALI - 1827.II.2010. Xocalı soyqrımının 18-ci ildönümü münasibəti ilə, Stokholmun mərkəzi meydanında, Azərbaycanın Xocalı şəhərində Ermənistanın törətdiyi soyqırım məhkum edildi. "Qarabağ Komitəsi"nin təşkilatçılığıyla keçirilən aksiyaya, müxtəlif Azərbaycan icmaları fəal iştirak etdlər. Azərbaycan, isveç və ingilis dillərində mitinq bəyanatları oxunaraq, Ermənistanın hərbi təcavüz və vəhşilik faktlarını əks etdirən traktlar paylandı. ... ardı |
||||
QARA YANVAR Stokholmda 3 tedbirle yad edildi |
|||||
20.I.2010. /"Qarabağ" dərnəyi. 1990-cı il yanvarın 19-nda, Mixalil Qorbaçov, Sovet Sosialist Respublikaları İttifaqının Konstitutsiasının 119-cu maddəsini, xalqların təhlükəsizliyinin təmin olunması prinsipini, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitutsiasının 71-ci maddəsini kobud şəkildə pozaraq, yanvarın 20-ndən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqda fərman imzaladı. Və bununla, Azərbaycan xalqına divan tutdu. Tsar İmpersiyasının məkirli və müstəmləkəçi siyasətini davam etdirən Sovet İmperayasına qarşı, xalqımız öz iradəsini nümayiş etdirdi və milli müstəqillik tələbini ortaya qoydu. Qanlı Yanvar hadisəsinin 20-ci ildönümü, Stokholmda, 3 tədbirlə yad edildi. ... 16 yanvar günü "Odlar Yurdu" cəmiyyəti ... İkinci tədbir isə, "Odlar Yurdu", "Azərbaycan Naminə", "World Azerbaijan" və "Vətən" dərnəklərinin təşkilatçılığı ... Azərbaycan Federasiyası İsveç, AFİ-nin təşkilatçılığı ilə 20 yanvar saat 19.00-dan 21.00-dək qeyd edildi. ... ardı |
|||||
«Нам угрожают местные армяне» |
|||||
Интервью Day.Az с главой азербайджанской диаспорской организации «Карабах», функционирующей в Стокгольме (Швеция), Абдуллой Амиром Хашими.
/Гамид Гамидов, Day.Az. |
|||||
"İran başqa ölkələrə islam inqilabı ixrac edir" |
|||||
"Bunu Əhmədineyad, Xamenei , Musəvi və Kərrubi inkar etmirlər"
/Cavid. Həftə İçi, 2009. Azərbaycanın bütövləşməsi, Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımızın hüquqlarının qorunması istiqamətində böyük mübarizə aparan nüfuzlu təşkilatlardan biri də Güney Azərbaycan Konqresidir (GAK). Lakin bu müstəvidə İran hakimiyyəti ilə mübarizə aparan digər təşkilatlar kimi, GAK da çox təqib və təzyiqlərələ üzəlşib. Amma tutduğu haqq yolundan dönməyib. Daim şüarı "Bütöv Azərbaycan", "Qarabağ" olan GAK həm daxili, həm də kənar satqınlarla üz-üzə gəldi. Onu hər vasitə ilə bu yoldan çəkindirməyə çalışdılar, hədə-qorxu gəldilər, fəalları işgəncələrə məruz qaldı, asıldı, ölkədən deportasiya edildi. 1973-cü ildən İranda haqsızlıqla mübarizə aparan və buna görə dəfələrlə həbs edilən, gizlin ömür sürən, Azərbaycan Demokrat Firqəsinin ofislərini açmış, 1980-ci ildə "Xəlq müsəlman" hadisələrində firqəçi yoldaşlarının biri ilə həbsə alınaraq edamilər sırasına salınmış, lakin Qırmızı Xaç, vəkil və dostlarının fəaliyyəti əsasında ölümdən xilas edilən, hazırda İsveçdə mühacir olan GAK-ın sədri Abdulla Amir Haşimi (Cavanşir) ilə müsahibəmiz İrandakı mövcud vəziyyət və digər məqamlarla bağlı oldu. ardı |
|||||
Baş nazir Erdoğanın sözünə tam inana bilərikmi? |
|||||
13.XI.2009. /"Qarabağ" dərnəyi. Türkiyə devlet bakanı və başmüzakerecisi cənab Egemen Bağış, Türkiyənin Avropa Birliyi nəzdində böyülelçisi cənab Volkan Bozkırın müşayiəti ilə İsveç səfəri çərçivəsində Türkiyənin Stokholmdakı səfiri xanım Korutürkün təşkilatçılığı ilə, İsveçdəki Türkiyə və Azərbayca icmaları ilə görüşdü. ... İsveç azərbaycanlılarından görüşdə, Türk federasiyasının dəvəti ilə Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevigin və mali məsulu Bəhmən Nəbizadə, katibi Ayda Əmir Haşimi və Qarabağ dərnəyinin təsisçisi Abdulla Əmir Haşimi (Cavanşir) iştirak etdilər. ... Ermənistan-Türkiyə arasında imzalanmış protokola aid verdiyi sualı və cənab nazirin cavabı xüsusi əhəmiyyət daşıdığı üçün, paylaşırıq. ardı |
|||||
Stokholmda, Səid Mətinpurun azadlığı tələb edildi |
|||||
7.XI.2009. /GAK. Stokholmda yaşayan bir sıra azərbaycanlılar tərəfindən yaradılmış Səid Mətinpurun Hüquqlarını Müdafiə Komitəsi, 7 noyabr tarixində Stokholmun mərkəzi meydanı Sergels Torg-da, İran rejimi tərəfindən əsassız ittihamlarla həsbə alınan milli fəal Səid Mətinpurun azadlığı tələbi ilə etiraz aksiyası keçirtdi. Aksiyada çıxış edən soydaşlarlarımız isveçcə, ingilizcə və Azerbaycan türkcəsində, İran rejiminin xalqımıza qarşı tətbiq etdiyi şovinsti siyasətini məhkum edərək, S. Mətinpurun hüquqlarının bərpa olunmasını və onun azadlığını tələb etdilər. Mitinq sonunda, iştirakçılar ... ardı |
|||||
Müstəqillik Günü, Stokholmda qeyd edildi |
|||||
17.X.2009. /GAK. Stokholmda yaşayan bir sıra azərbaycanlılar, 17 oktyabr 2009 tarixində, Sundbyberg-dəki ABF salonunda, Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdilər. Tədbirin təşəbbüskarı Mübariz Əzimli, aparıcı isə Eluca Atalı idi. Rahib Kazımlı, Əli Məmmədov, Teymur Eminbəyli, Emil Mirzoyev, Səttar Sevigin və digər azərbaycanlıların çıxışları ilə yanaşı, Güney Azərbaycan Konqresinin Mərkəzinin Komitəsinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir) də, Müstəqillik Gününü quzeyli-güneyli soydaşlarımıza təbrik etdi. O, öz çıxışında azərbaycanlıların müstəqillik uğrunda enişli-yoqquşlu savaş və mübarizələrinin Atropatenadan bugünədək davam ... ardı |
|||||
Kərkük türkmənlərinə dəstək |
|||||
17.X.2009. /GAK. İrak Konstitusiyasının 140-cı maddəsinin tətbiqinə etiraz əlaməti olaraq, 17.X.2009 tarixində, İsveç Türkmən Federasiyası və İsveç İraq Türkmən İnsan Haqları Təşkilatının təşkilatçılığı ilə, Stokholmun mərkəzi meydanı Sergels Torg-da, saat 12.00-dan 15.00-dək etiraz mitinqi keçirildi. Çıxış edənlər, İraqda türkmən bölgələrində onlara edilən haqsızlaqları məhkum etdiklərini və 140-cı maddənin tətbiqini qəbul etmədiklərini dilə gətirdirdilər. Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), üzv və həvadarları ilə bərabər mitinqdə iştirak edərək, türkmən soydaşlarımıza öz dəstəyiklərini bildirdilər. Mitinqdə həm də, yerli İsveç KİV nümayəndələri, partiya mənsubları və İsveçin İraqdakı keçmiş səfiri ... ardı |
|||||
Sarıtel Stokholmda! |
|||||
16.X.2009. /GAK. Cümə günü, 16.X. 2009, ABF və Azərbaycan Səsi Radiosunun təşəbbüsü ilə, Stokholmda Azərbaycan Kültür Gecəsi keçirildi. Gecədə, güneyli aşıq Sarıtel və quzeyli xanəndə Ürfan Həsənov, Azərbaycan mahnılarını ifa etdilər. Tədbirdə çoxsaylı quzeyli-güneyli soydaşlarımızın iştirakı ilə ... ardı |
|||||
Çin səfirliyinin qarşısına qara çələng qoyuldu |
|||||
1.X.2009. /GAK. Çin Xalq Respublikasının qurulmasının 60 illiyi günündə (1.X.2009), Çin rejiminin 60 il ərzində uyğur türklərinə qarşı tətbiq etdiyi milli əritmə siyasəti və soyqırıma etiraz olaraq, Stokholmda yaşayan uyğur türkləri, Çin səfirliyinin qarşısında etiraz aksiyası keçirtdilər və uyğurlara 4-cü dəstək mitinqi təşkil edildi. Aksiyada, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir) iştirak etdi, həmçinin uyğur xalqına dəstək olaraq Azərbaycan (Güney və Quzey) və Türkiyə türkləri ilə yanaşı, həm də monqollar və tibetanlar da iştirak edirdilər. İki saat davam edən mitinqdə, Çin rejiminin əleyhinə çıxışlar edildi, şüarlar səsləndi. Sonda Güney Azərbaycan Konqresinin bəyanatı, mitinqdə iştirak edən Sveriges Radio... ardı |
|||||
Stokholmda uyğurlara 3-cü dəstək mitinqi |
|||||
26.IX.2009. /GAK. Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı tətbiq olunan əritmə siyasətinə və uyğur xalqına qarşı Çin hakimiyyətinin basqılarının davamına etiraz olaraq, Stokholmda yaşayan uyğur, Azərbaycan (Güney və Quzey), Türkiyə və Özbəkistan türkləri, üçüncü dəfə olaraq mitinq keçirdilər. İsveç Türk İşçi Dərnəkləri Federasiyası və İsveç Uyğur Maarif Dərnəyi təşəbbüsü ilə 26 sentyabr 2009 tarixində, saat 14.00-dan 16.00-dək keçirilən mitinqdə, azərbaycanlıları, Güney Azərbaycan Konqresi, Azərbaycan Federasiyası - İsveç, AzadTribun web-səhifəsi, "Azadlıq" dərnəyi, Müsavat Partiyasının Stokholm özzəyi təmsil edirdilər. Çıxış edən İsveç parlamentinin türkəsilli deputatı ... ardı |
|||||
AFİ-nin fövqəladə, 11-ci qurultayı |
|||||
16.IX.2009. /"Qarabağ" dərnəyi. 12 sentyabr 2009 tarixində, İsveçin paytaxtı Stokholm şəhərində, 17 Azərbaycan cəmiyyətindən 46 mandatlı iştirakçının və 11 nəfər qonağın hüzuru ilə "Azərbaycan Federasiyası - İsveç"in fövqəladə, 11-ci qurultayı keçirildi.
Xatırladaq ki, qurultayın keçirilməsi, İsveçdə Qurultay Hazırlıq Komitəsinin yaranması, 19 dərnəkdən razılıq alınması, bir neçə iclasların keçirilməsi və işlərin görülüb və müzakirələrin aparılmasından sonra baş tutdu. [...] Bununla imkan yarandı ki, iflic vəziyyətə düşmüş federasiya, yenidən özünə İdarə Heyyəti seçə bilsin. [...] Bir gün davam edən qurultay, Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan oldu, gündəlikdəki məsələlərin ... tam mətn üçün |
|||||
Uyğur şəhidlərinin 40-ı mərasimi aksiyası /Stokholm |
|||||
20.VIII.2009. /GAK. Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamında şəhid olmuş uyğur-soydaşlarımızın 40-ı mərasimi və şəhidlərin xatirəsini yad edib Çin Hökümətini məhkum etmək üçün Stokholmda yaşayan uyğur, (Quzey və Güney) Azərbaycan və Türkiyə türkləri və Stokholmlular tərəfindən, cümə günü 20 avqust 2009 tarixində saat 14.00-dan 18-dək mərkəzi meydan olan Sergels Torg’da etiraz aksiyası keçirildi. Aksiyada, uyğur icmaları ilə yanaşı, İsveç parlamentinin deputatı Mehmet Kaplan, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), Sosialist Ədalət Partiyasından Per-Oke Vesterlund, “İslam Toplumu Milli Görüş”ün İsveç nümayəndəliyinin sədri Yavuz Selim Çelik, Türk İşçi Dərnəkləri Federasiyasından Mustafa Sönməz, İsveç-Uyğur Komitəsinin sədri Mahinur ... ardı |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir):"... mücərrəd "demokratiya" sözünü ortaya atmaq, fırıldaqçılıqdır!" |
|||||
" Güney azərbaycanlılar, Musəvi-Əhmədinəjad çəkişmələrində milli istəklərini ortayaqoyub, onların həyata keçirilməsini tələb etməlidir! İranda milli məsələlərin həllini dilə gətirmədən ancaq mücərrəd “demokratiya” sözünü ortaya atmaq, fırıldaqçılıqdır! Və o da, diktatorluğa xidmət edir."
" NABUCCO-nun uğurlu olması üçün Azərbaycana ehtiyac var". "Rusiya, Qarabağ münaqişəsinin davamında maraqlıdır." "Uyğurların haqlarının tapdalanmasına icazə verilməməlidir".
18.VII.2009. Azərbaycan Səsi radiosu ilə növbəti müsahibəsində, GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir) bu barədə danışır. Müsahibənin tamamını aşağıdakı keçiddə təqdim edirik. Müsahibəni apardı - Məhəmməd Azər. Azerbaycan Səsi 18072009 Abdulla Əmir Haşimi Cavanshir.mp3
|
|||||
Stokholmda uyğurlu soydaşlarımızın mitinqində
|
|||||
9.VII.2009. /GAK. Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamına etiraz olaraq, Stokholmda yaşayan uyğur, anadolu və Azərbaycan türkləri, cümə günü 9 iyul 2009 tarixində saat 14.00-dan başlayaraq parlament qarşısındakı Mynttorget meydanında birgə mitinq keçirtdilər. "Qatil Çin!", "Uyğur!", "Hardadır ədalət? Haradadır insan haqları?", "Faşist Çin!", "Haradadır Avropa Birliyi? Haradadır Birləşmiş Millətlər Təşkilatı?" və s şüarları izdihamla hayqıran mitinq iştirakçıları, Stokholmdakı Çin Xalq Respublikasının səfirliyinə qarşı yürüş etdilər. Tədbir boyunca göz yaşlarını ... ardı |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir): "Şovinist və diktator hakimiyyət, zülm altında yaşayan xalqların energiyasını təxliyə etmək üçün zaman-zaman Xatəmi və Musəvidən supap itminan kimi istifadə edir" |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir): "Hakimiyyətdəki tezadlardan xalqımız istifadə edib, öz şüarı ilə meydanda olmalıdır!"
21.VI.2009. Azərbaycan Səsi Radiosunun 21 iyun tarixli müsahibləri, Abdulla Əmir Haşimi (Cavanşir), Bəhmən Nəbizadə, Çingiz bəy və Pərviz bəydir. Müsahibəni apardı - Məhəmməd Azər.
İki saatlıq müsahibə, keçiddə soydaşlarımıza təqdim olunur: Azərbaycan Səsi 21062009.mp3 |
|||||
"Güney Azərbaycan gündəlik yaranmış şəraitdən istifadə edib, öz sözünü ortaya qoyub, əmələ keçirtməlidir!" |
|||||
"90 illik İranda hakim olan fars şovinisti sisteminin hərhansı şahı və prezidenti izin vermir ki, zülm altında yaşayan xalqlar, haqq-hüquq sahibi olsunlar!"
14.VI.2009. Bunu, Azərbaycan Səsi radiosunun müsahibi GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir) deyir. "İran"da keçirilən "seçkilər" haqda analitik düşüncələrini radio dinləyicilərilə paylaşan Cavanşir bəyin müsahibəsinin tamamı, bu keçiddə təqdim olunur. Müsahibəni apardı - Məhəmməd Azər. |
|||||
22 May qiyamı / 3-cü ildönümü / Stokholm |
|||||
22 May qiyamının üçüncü ildönümü münasibəti ilə, ABF Şimali Stockholm şöbəsinin əməkdaşlığı ilə Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyəti, 30 may 2009 tarixində seminar təşkil etdi. Məruzəçiləri Abdulla Əmir Haşimi (Cavanşir), Əli Mollazadə, Paşa Sərxanlı, Yunis Şamili və Ziya Sədr-ül-Əşrafi olan seminarda, həm də Norveçdən soydaşımız Barış Calaloğlu iştirak edirdi. Altı saata yaxın davam edən yığıncaq, məruzəçilərin, tədbir iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirdikləri debatla başa çatdı. Seminardan bir neçə şəkillə yanaşı, məruzələrin və debatın videosunu ... ardı |
|||||
Stokholmda tarixi konsert |
|||||
2.V.2009. /GAK. 2 may axşamı, Stokholm şəhər-bələdiyyə binasında, Nobel mükafatları mərasiminin ziyafət salonu olan "Blå hallen" zalında, 1200 nəfər stokholmlunun iştirakı ilə tarixi konsert keçirildi. Konsertdə, xeyli isveçli iştirak etdi. Konserti Azərbaycanlı orqan müsiqisi bəstəkarı və pianist Arif Mirzoyev aparırdı - hansı ki öz bəstələri olan "Xocalı uşaqları üçün lay-lay", "Qarabağ qurbaniləri" ilə yanaşı, xarici bəstəkarların əsərlərini də orqan və pianinoda ifa edirdi.
Həmin müsiqili axşamdan bir neçə şəkil ... ardı |
|||||
Novruz / Oğuz / Bahar bayramı, Stokholmda 3 şənliklə |
|||||
22.XII.2007. /GAK. Qədim türk bayramı olan Novruz/Oğuz/Bahar bayramı, Stokholmda yaşayan azərbaycanlılarımız tərəfindən üç şənliklə qeyd edildi. Tədbirlərin biri "Azərbaycan Səsi Radiosu", digəri "Durna" cəmiyyəti, üçüncüsü isə "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuşdu. Hər üç tədbirdə ... ardı
|
|||||
Məkan: Olles Krog, Kottbygatan 7, Akalla, (Stokholm şəhəri, İsveç) ... ardı
|
|||||
Stokholmda, Xocalı Soyqırımı məhkum edildi
|
|||||
22.II.2009. /Qarabağ dərnəyi. Xocalı soyqrımının 17-cı ildönümü münasibəti ilə, İsveçin paytaxtı Stokholmun mərkəzi meydanında, Azərbaycanın Xocalı şəhərində Ermənistanın törətdiyi soyqırım məhkum edildi. Təşkilatçıları "Qarabağ", "Azərbaycan", "Prometey", "Odlar Yurdu", "Ərk" və "Azərbaycan Federasiyası - İsveç" olan mitinq, Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olundu, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İsveçin qarlı və soyuq havasında 14.00-dan 16.00-dək davam edən mitinqdə, isveç və ingilis dillərində mitinqtəşkilatçıları ... ardı |
|||||
Xocalı Soyqırımına etiraz mitinqi / Stokholm / çağırış
|
|||||
Qanlı Yanvar faciəsi Stokholmda anıldı |
|||||
18.I.2009 /GAK. 1990-cı il yanvarın 19-nda, Mixalil Qorbaçov, Sovet Sosialist Respublikaları İttifaqının Konstitutsiasının 119-cu maddəsini, xalqların təhlükəsizliyinin təmin olunması prinsipini, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitutsiasının 71-ci maddəsini kobud şəkildə pozaraq, yanvarın 20-ndən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqda fərman imzaladı. Və bununla, Azərbaycan xalqına divan tutdu. Tsar İmpersiyasının məkirli və müstəmləkəçi siyasətini davam etdirən Sovet İmperayasına qarşı, xalqımız öz iradəsini nümayiş etdirdi və milli müstəqillik tələbini ortaya qoydu.
Bugün də, Stokholmda, ABF-in Sundbybergdəki binasında, Durna cəmiyyətinin təşkilatçılığı və ABF Şimali Stokholm şöbəsinin əməkdaşlığı ilə, Qara Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Bir çox güneyli və quzeyli soydaşlarımızın... ardı |
|||||
Южный Азербайджан вне поля зрения |
|||||
09.01.2009 /EthnoGlobus
Тема Южного Азербайджана (ЮА) не является приоритетной темой в Европе. Это имеет под собой многосторонние политические и экономические причины. Тему, из Швеции в эксклюзивном интервью онлайн агентству Этноглобус комментирует координатор по международным связям Конгресса Южных Азербайджанцев (КЮА) Айда Амир Хашими. -КЮА как общественная политическая организация борется за достижение близких и дальних целей модернизации, формирования и государствообразования Южных Азербайджанцев. События, ...
подробнее |
|||||
___________________ ___________________ |
|||||
Stokholmda, Həmrəylik Günü şənliyi |
|||||
30.XII.2008. /GAK. Bugün, Stokholmda yaşayan azərbaycanlılar - müxtəlif cəmiyyətlər, dərnəklər və münfərid şəxslərdən ibarət, Olles Krog adlı restorantda saat 18-dən gecə 01.00-dək, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək üçün toplaşdılar. Türkiyəli, Kərkük türkməni və azərbaycanlı müğənnilərin müşayiəti ilə yeddi saat davam edən şənlik axşamında, uşaqların fəal iştirakları, xüsusi gözə çarparaq, tədbir iştirakçılarının sevincini artırdı. Şənlik, ... ardı |
|||||
21 Azər qiyamına yeni baxış |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir) 1. Müqəddimə: Səttarxandan və Xiyabanidən yadigar qalan yarımcan Azərbaycan Milli Hərəkatı, 1941-ci ilin avqust ayından İran adlanan yerdən başlayan siyasi vəziyyət, iqtisadi və siyasi, ictimai və mədəni problemlərin Rzaşah diktatorluğu yıxılandan sonra üzə çıxması, azadlıq uğrunda mübarizənin yeni mərhələsinin başlanmasında Azərbaycanda yeni siyasi ab-həvanın meydana gəlməsi və Məhəmmədrzaşah və onun xarici himayədarlarının azadlığa və milli hərəkata qarşı işlətdiyi zorakılıqlar, həmin zorakılıqlara qarşı Azərbaycan xalqının mütəşəkkil formada Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında konkret milli və demokratik şüarlarla mübarizəyə qoşulması və şovinisti və irticai dairələrin əleyhinə qələbə qazanması, 21 Azər qiyamına və milli hökümətin yaranmasına gəldi çıxdı. ... ardı |
|||||
Stokholm, 21 Azər Qiyamını qeyd etdi |
|||||
XII.2008. /GAK. 14 dekabr 2008 tarixində Stokholmda, Güney Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökümətin 63-cü ildönümü münasibətilə, Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin təşkilatçılığı ilə 4 saat davam edən şənlik mərasimi keçirildi. “Durna” cəmiyyətinin sədri Əhəd bəy Əşqrizin açılış söhbətindən sonra, Babək bəy Azəri, Abdulla bəy Əmir Haşimi (Cavanşir) və Paşa bəy Sərxanlı çıxış etdilər. Güney Azərbaycan Konqresi tərəfindən ARAZ teatr-studiyasının təsisçi və direktoru Qurban bəy İsmayılova təqdirnamə təqdimindən sonra, müsiqili şənlik qismi davam etdi.
Tədbirdən hazırlanan video və foto, iki hissədən ibarətdir. ... ardı |
|||||
Stokholmda, ilk dəfə olaraq Azərbaycan teatrı |
|||||
XII.2008. /GAK. 13 dekabr, Stokholmda ilk dəfə olaraq Azərbaycan teatrı səhnələndi. Xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini yüksək səviyyədə təmsil edən təsisçisi və direktoru Qurban İsmayılov olan ARAZ teatr-studiyası, tərkibində Azərbaycan Respublikasının əməkdar artistləri Ayşad Məmmədov, "Çal-cağır Şou"dan tanınmış Dilarə Əliyeva və Tünzalə Əliyeva, xarakterik rolların mahir ifaçısı aktyor Ədalət Əbdülsəmədov ilə, "Öldür məni can-cigər" (Əziz Nəsin), "Mühacirlər" (Slavomir Mrojek) və "İmperator" (Elçin Hüseynbəyli) adlı tamaşalarını təqdim etdilər. Beş saata yaxın, tamaşaçılara çox gözəl əhval-ruhiyyə bağışlayan ARAZ teatr-studiyası, Stokholm azərbaycanlılarının böyük rəğbətini qazandı... ardı |
|||||
İsveç parlamentində dinləmələr keçirildi |
|||||
XII.2008. /GAK. DAK, İsveç parlamentində, 11 dekabr 2008 saat 11-dən 13-dək, Sosial-demokratlar Partiyasından və Moderatlar Pariyasının deputat və nümayəndələrinin - o cümlədən Karin Rüneson (s), Reza Xəlili Dilami (m), Dr Pol Yonsson (m), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanshir)-in və DAK heyyətinin iştirakı ilə dinləmələr təşkil etdi. DAK həmsədrləri Firidun Pərvizniya və Sabir Rüstəmxanlı, səfir Rafael İbrahimov ətraflı çıxışlar edərək, isveçli nümayəndələri maraqlandıran ... ardı |
|||||
GAK sədri, Güneydə 21 Azər tutuqlamalarının başlandığını Avropa Komissiyasına çatdırdı |
|||||
XII.2008. /GAK. GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir), Belçika səfəri çərçivəsində, 8 dekabr 2008 saat 11.00'da, Avropa Komissiyasının Xarici Əlaqələr baş direktoriatın insan haqları və demokratlaşdırma üzrə siyasi işçisi xanım Anne Koistinen ilə görüşdü. Görüşdə, qarşıda gələn 21 Azər qiyamının ildönümü ilə əlaqədar ölkədaxilində (Güney Azərbaycanda) tədbirləri tədarük edən fəalların İran İslam Respublikası tərəfindən tutuqlanması barədə ... ardı |
|||||
Belçika senatında konfrans |
|||||
XII.2008. /GAK. 8 dekabr 2008, saat 14-dən 18-dək, DAK-ın təşkilatçılığı ilə Belçika senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirildi. Tədbirdə, Senator Berni Kollas, Belçikanın bərabərhüquqlar nazirinin məsləhətçisi Nebahat Acar, DAK həmsədrləri Firidun Pərvizniya və Sabir Rüstəmxanlı, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir), Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elman Mustafazadə, Avropa Kərkük Türkləri Cəmiyyətinin təmsilçisi Aydınlı, Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov və katib Fuad Hümbətovla yanaşı, DAK heyyətindən Dr. Nurəddin Qərəvi, Abuzər Bağırov, prof. Vaqif Arzumanlı, ... ardı |
|||||
"ARAZ" teatr-studiyası İSVEÇdə |
|||||
XII.2008. /Rahim Sadıqbəyli, www.festvideo.net
Hörmətli həmvətənlər! Dekabrın 13-dən 25-nə qədər "Araz" teatr-studiyası, "Mühacirlər" və "Çal-çağır şou" tamaşaları ilə İsveçdə qastrol səfərində olacaqlar! Tamaşalar, İsveçin Stockholm, Yöteborg və Linköping şəhərlərində aşağıdakı tarixlərdə sizlərə təqdim olunacaq.
STOCKHOLM: 13 dekabr 2008, saat 17.00 Metro: Huvudsta Telefon: (+46) 070 715 01 17
LİNKÖPİNG: 19 dekabr 2008, saat 17.00
YÖTEBORQ: 25 dekabr 2008, saat 19.00
|
|||||
Güney Azərbaycanda qadın problemi üçün bir layihə25 noyabr – BMT-nin Qadınlara olan zorakılığa qarşı beynəlxalq günü münasibəti ilə |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir) Layihə, yeddi hissədən ibarətdir: Müqəddimə, Güney Azərbaycan qadınının keçmişi, Güney Azərbaycan qadınının müasir dövrdə oyanışı, Qadınlarımız və dünya qadınları, Güney Azərbaycan qadınının İran İslam Republikasında hüquqi vəziyyəti və konvansionlar, Problemin həlli yolu, Nəticə.
Müqəddimə: Güney Azərbaycan qadınları möhtəşəm tarixi, ictimai, siyasi, iqtisadi, fərhəngi nöqteyi-nəzərdən əzəmətli keçmişləri olsa da öz təkamülü yolunda şəxsiyyətinin inkişafı və Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmaq üçün enişli-yoqquşlu yol keçmiş, hüquqi, dini, cinsi, dövləti, təbəqati və milli təbiz və ayrıseçkiliklərə məruz qalmış, eyni zamanda həmin haqsızlıqları aradan qaldırmaq üçün parlaq mübarizə yolu keçmişdir – belə ki, Azərbaycan qadınının təkamül yolu dünya qadınlarının zirvəyə çatmasında dəyərli töhfələr vermişdir. Bunlara baxmayaraq, bugünkü vəziyyəti acınacaqlı olan Güney Azərbaycan qadınının ictimai, siyasi, mədəni, iqtisadi və milli vəziyyətini araşdırmaq üçün geniş təhqiqata, yüksək mübarizəyə və böyük milli, təbəqati və cinsi nailiyyətlərə çatması zəruridir. ... ardı |
|||||
KKTC naziri İsveç türk icmaları ilə görüşdü |
|||||
12.XI.2008. /GAK. Şimali Kipr (Kıbrıs) Türk Cumhuriyyətinin baş nazir müavini və xarici işlər naziri cənab Turqay Avcı, İsveç Türk İşçi Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan İsveç səfəri çərçivəsində, 12 noyabr 2008 çərşəmbə günü, Stokholmdakı türk icmaları ilə görüşdü. Çıxışında KKTC-nin qarşılaşdığı problemlərə toxunaraq, Avropa ölkələrindən tələbinin Cənubi Kipr ilə bərabərhüquq tanınması olduğunu bildirən cənab nazir, Azərbaycan Respublikası ilə münasibətlərindən məmnun olduqlarını və Qarabağ məsələsində həmrəy və həmdərd olduqlarını bildirdi. Toplantıda, 1964-cü ildə BM Sülhməramlıları olaraq Şimali Kipr ... ardı |
|||||
"NALBƏNDİYAN"A QARŞI ETİRAZ MİTİNQİ / İsveç |
|||||
7.XI.2008. /Musavatİsvec.Com, Mübariz Əzimli
Stokholmdakı azərbaycan icması Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın İsveçə rəsmi səfərinə etiraz əlaməti olaraq bu gün İsveç parlamenti qarşısında etiraz mitinqi keçirmişdir. İsveç Azərbaycanlıları Federasiyasının (AFİ) çağırışı ilə təşkil olunmuş mitinqi açan Güney Azərbaycan Konqresi (GAK) sədri Abdullah Əmirhaşimi İsveç XİN-nin və baş nazirinin Rusiyanın Gürcüstana təcavüzü zamanı çox qətiyyətli mövqe tutduqlarını, bu təcavüzü birmənalı olaraq pislədiklərini bildirdi. O, İsveç dövlətinin eyni mövqeyi Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində də göstərəcəyinə... ardı |
|||||
Qulamrza Əmani "qəzaya" uğradı |
|||||
24.X.2008. Güney Azərbaycan Konqresinin bəyanatı: Əziz həmvətənlər! Yayılan acı xəbərə əsasən, cümə günü 24 oktyabr, Əhər caddəsinin Xoca məntəqəsində mühəndis Qulamrza Əmani iki qardaşı ilə avariaya uğrayıbdır və hər üçü həlak olublar. Bu acı xəbər, fəal azərbaycanlıları – o cümlədən Güney Azərbaycan Konqresinin üzvlərini şiddətlə kədərləndirdi. Xüsusən ona görə ki, mühəndis Qulamrza Əmaninin, 1995-96-cı illərdən Azərbaycan Milli Hərəkatının sıralarında həm tələbə hərəkatında və həm də bəzi seçkilərdə Güney Azərbaycan xalqının milli haqlarının dilə gətirilməsində böyük zəhməti olmuşdur və elə buna görə də fars şovinizminə ... ardı
|
25.X.2008. Azərbaycan Milli Hərəkatının fəalı mühəndis Qulamrza Əmani barədə yayılan acı xəbərə, Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası da münasibət bildirmişdir. GASBEK-in bəyanatı, olduğu kimi soydaşlarımıza təqdim edirik:
" [...] Bunları nəzərə alaraq, Qulamrza Əmaninin “qəzaya” uğraması biz azərbaycanlılarda şübhə doğurmaya bilməz. Elə buna görə həmin hadisənin daxildə və xaricdə səlahiyyətli orqanlar tərəfindən araşdırılmasının tərəfdarı olduğumuzu bildiririk və bu işdə digər soydaşlarımızı birgə əməkdaşlığa dəvət edirik. Bunu, içəridə və ölkədən kənar fəaliyyət göstərən fəallarımızın bu kimi yollarla aradan aparılmasının qarşısının[...]" tam mətn üçün
|
||||
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının
|
|||||
21.IX.2008. Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası, Güney Azərbaycan xalqına müraciət ünvanlayıb. Mətbuatda da əks olunmuş sənədi olduğu kimi aşağıda təqdim edirik:
Hörmətli həmvətənlər! Dünyada, regionda və Güney Azərbaycanımızda gedən son ayların hadisələri, bizi bir daha Güney Azərbaycanda olan fəal qüvvələri toplaşdırıb birgə siyasi birliyə və əməkdaşlığa cəlb etməyə daha da artıq sövq edir. İnanırıq ki, məsuliyyət hiss edən hər bir güney azərbaycanlı belə bir əməkdaşlığa can atır və Güney Azərbaycanımızda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmağa yeni cəhdlər edir. Əməkdaşlıqların dairəsi nə qədər geniş, effektiv və əsas məsələlər üzrə təşkil tapırsa, o qədər də ölkəmizin və xalqımızın milli qurtuluşu, rifahı və uzun illərdən bəri qalmış problemlərinin həlli yolunda mühüm addımlar atıla bilir.
Dünyada gedən ziddiyyətli cahanşumul proseslərə nəzər saldıqda, görünür ki, ... ardı
|
|||||
Norvec Helsinki Komitəsinin seminarı / Oslo |
|||||
15.VI.2008. 12 iyun 2008 tarixində, Norveçin paytaxtı Oslo şəhərində, yerli Helsinki Komitəsinin təşkilatçılığı ilə, Oslo Azərbaycanlıları Cəmiyyətinin əməkdaşlığı ilə, Güney Azərbaycan probleminə həsr olunmuş seminar keçirildi. İnsan Haqları Evində keçirilən və Norvec rəsmilərinin iştirak etdiyi tədbirin ilk hissəsində, Güney Azərbaycan barədə məruzələr edilərkən, ikinci hissəsində debat formasında iştirakçıları maraqlandıran suallar, məruzəçilər tərəfindən cavablandırıldı. 3 saat davam edən tədbirə dəvətiyyə, Helsinki Komitəsinin rəsmi web-səhifəsindən aşağıdakı keçid vasitəsi ilə nəzər sala bilərsiniz. Eyni zamanda, seminardan foto və Güney Azərbaycan Konqresinin Əlaqələr Məsulu ... ardı |
|||||
Stockholmda, 22 MAY seminarı |
|||||
22 May qiyamının ikinci ildönümü münasibəti ilə, Stockholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin, ABF-in Şimali Stockholm şöbəsinin əməkdaşlığı ilə, 17 may 2008 tarixində seminar keçirildi. Altı saat davam edən seminarda, Abdulla Əmir Haşimi (Cavanşir), Əli Ağayev, Çingiz Göytürk, Mir Musa Haşimi, Nüsrət Əhmədi, Paşa Sərxanlı, Teymur Eminbəyli və Yunis Şamili çıxış edərək, tədbir iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirdilər.
Tədbirdən foto-şəkil və Cavanşir bəyin çıxışının video-lenti ... |
|||||
Stockholmda Respublika Günü Şənliyi |
|||||
1.VI.2008. 28 May - Respublika Günü münasibəti ilə 31 may günü bir sıra Stockholm azərbaycanlıları, "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə Redline restorantında şənlik mərasimi keçirdilər. Dörd saat sürən tədbirdə, Azərbaycan milli mahnıları sədası altında azərbaycanlı ailələr şən axşam yaşadılar. ... |
|||||
Stockholmdan İRAN REJİMİNƏ ETİRAZ ! |
|||||
21.III.2008. Stockholm azərbaycanlıları, bayramın ilk gününü İran rejiminə etiraz aksiyası ilə keçirdilər. Güney Azərbaycanda 30 milyondan artıq insanımızın fundamental haqlarından məhrum olunması və bununla əlaqədar həbs olunmuş soydaşlarımıza azadlıq tələbi ilə keçirilən mitinq, "Azad Tribun", "Ulduz", "22 May Təbriz", "Prometey" və "Qarabağ" cəmiyyətləri tərəfindən təşkil olunmuşdu. Stockholmun soyuq havasında bir saatdan artıq keçən mitinqdə, fars şovinist rejimini lənətləyən, güney azərbaycanlı məhbuslara azadlıq tələblərini əks etdirən plakatlarla yanaşı, iştirakçılar tərəfindən çıxışlar oldu.
Mitinqin qətnamələri, foto və videosu xəbərin ardında təqdim olunur. ardı |
|||||
|
|||||
Stockholmda XOCALI SOYQIRIMINA aid ikinci mitinq |
|||||
24.II.2008. Stockholmda, Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş ikinci mitinq, 24 fevral günü, "Bütöv Azərbaycan", "Odlar Yurdu", "Azad Tribun", "İsveç Azərbaycanlıları Birliyi", "Haray", "22 May Təbriz", "Ulduz", "Tribun" və "Qarabağ" cəmiyyətlərinin təşkilatçılığı ilə keçirildi. Mitinqdə, soyqırım barədə məlumatlandırıcı çıxışlar edilərək, traktlar paylandı. Tədbir, Azərbaycan dövlət himni və Güney Azərbaycan Milli Hökümətinin marşı ilə başa çatdı.
Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları ... ardı |
|||||
Stockholmda XOCALI SOYQIRIMININ 16-cı ildönümü |
|||||
23.II.2008. Bugün, İsveçin paytaxtı Stockholm şəhərində, Xocalı soyqrımının 16-cı ildönümü münasibəti ilə, təcavüzkar Ermənistanı məhkum edən mitinq keçirildi. Təşkilatçıları "Azərbaycan", "Azərbaycan Naminə", "Araz", "Azərbaycan Federasiyası - İsveç" və "Qarabağ" cəmiyyətləri olan mitinqdə, o cümlədən isveçcə və ingiliscə faciə barədə məlumatlandırıcı çıxışlar edilərək, soyqırım və erməni işğalçılığı barədə traktlar paylandı. Azərbaycan dövlət himni ilə başlayan mitinq, Güney Azərbaycan Milli Hökümətin himni ilə başa vuruldu.
Mitinqdən, Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları, ... ardı |
|||||
"DURNA"NIN İLLİK QURULTAYI VƏ ANA DİLİ20.II.2008. "Stokholmda faaliyət göstərən, Azərbaycan kültür Dərnəyi “Durna”nın 13-cü illik qurultayı, bazar günü, 17 fevral bərpa olub və eyni gün uğurla sona çatdı. Oturumun son bölməsində “Uluslar Arası Ana Dili Günü”nün yaxınlığı gözə alınaraq, aşağıdakı qətnamə bu xüsusda qəbul edildi: Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimizin, Rza Xan dövründən bəri, hələdə İran olaraq adlanan ölkədə yasaqlanıb, asimilasya və təhqirə tabe tutulmasını, insanlığa qarşı böyük bir haqsızlıq, xalqımıza qarşı taysız zalimlik və geri qalmışlıq kimi görüb, var gücümüzlə... ardı |
|||||
Stockholmda QARA YANVAR faciəsi anıldı |
|||||
20.I.2008. Dünən, 19 yanvar 2008, Stockholmda fəaliyyət göstərən on Azərbaycan qurumun ("Odlar Yurdu", "Qarabağ", "Bütöv Azərbaycan", "AzadTribun", "Haray", "İsveç Azərbaycanlıları Birliyi", "Ulduz", "Prometey", "Tribun", "Haray Radiosu") əməkdaşlığı ilə Qara Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Saat 16.00-dan 20.00-dək davam edən axşamda, 20 yanvar 1990 günü baş verən qanlı hadisə barədə çıxışlar edilərək, həmin günə müxtəlif aspektlərdən nəzər salındı. Qarabağ dərnəyi tərəfindən Abdulla bəy Əmir Haşimi (Cavanşir)-in məruzə ... ardı |
|||||
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ, STOCKHOLMDA İKİ TƏDBİRLƏ QEYD OLUNDU31.XII.2007. Dünən, İsveçin paytaxtı Stockholmda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə iki tədbir keçirildi. Tədbirlərin biri "Azərbaycan" cəmiyyətinin təşkilatçılığı ilə saat 18-24'də Akallaby'də, digəri isə "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətlərinin təşkilatçılıqları ilə həmin gün saat 19-24'də Arbat restoranında keçirildi. Bayram ... ardı
|
21 AZƏR - MİLLİ HÖKÜMƏTİN YARANMA GÜNÜ, STOCKHOLMDA ÜÇ TƏDBİRLƏ YAD EDİLDİ16.XII.2007. Güney Azərbaycanda Milli Hökümətimizin yaranma günü - 21 Azərin ildönümü münasibəti ilə, Stockholmda yaşayan soydaşlarımız anma mərasimləri keçirdilər. Tədbirlərin biri "Azərbaycan" və "Azərbaycan Naminə" cəmiyyətləri, digəri "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətləri, üçüncüsü isə "Durna" cəmiyyəti tərəfindən təşkil edilmişdi. Soydaşlarımızla birlikdə, Güney Azərbaycan Konqresinin üzvləri, hər üç tədbirdə ... ardı |
|
TÜRKİYƏMİZƏ DƏSTƏK, KÜRD TERRORİZMİNƏ ETİRAZ! |
||
27.X.2007. Bugün İsveçin paytaxtı Stockholmun mərkəzi meydanında İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə, kürd terrorizmini məhkum etmək məqsədi ilə etiraz mitinqi keçirildi. Qardaş Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirmək və PKK terrorçularının cinayətlərini qınamaq məqsədi ilə, 2000-ə yaxın insanın iştirak etdiyi mitinqdə, Stockholm azərbaycanlıları da fəallıq göstərdilər. Azərbaycanlıları aksiyada, Güney Azərbaycan Konqresi və Güney Azərbaycan Milli Birlik Şurasının nümayəndələri ilə yanaşı "Azərbaycan Federasiyası İsveç"in yerli üzv cəmiyyətləri - o cümlədən Qarabağ, Azərbaycan Naminə, Azərbaycan, Ərk və digər dərnəklərin üzvləri təmsil edirdi. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilat məsulu Sami bəy Görgülünün aparıcısı olduğu mitinqdə, ... ardı |
||
"Fikrət Əmirovun "Şur"u, həbsxanada ilham mənbəyimiz idi." . |
|||
02.IX.2007. Azadlıq Radiosunun "Tanınmışlar" verilişinin növbəti həmsöhbəti, GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir)-dir. Xalqımızın taleyini özündə əks etdirən həyat barədə gedən müsahibənin aparıcısı, jurnalist İlqar Rəsul-dur.
Xatırladaq ki, 25 avqust tarixində Azadlıq Radiosunun jurnalistləri Babək Bəkir və İlqar Rəsul ilə görüşdə, GAK Mərkəzi Komitəsinin üzvləri Cavidan Elbars və Ayda Əmir Haşimi, jurnalist Sədrəddin Soltan və GAK aktivlərindən Hüseyn bəy də iştirak edirdilər.
31.XII.2007. ƏLAVƏ: "Tanınmışlar" verilişinin 2007-ci il üçün son buraxılışını isə buradan dinləyin |
|||
Dünyanın üç qitəsindən nümayəndələrin iştirakı ilə, Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirildiAsiya, Avropa və Amerikadan, Milli Birlik Şurası tərəfindən seçilmiş 60 nəfər nümayəndənin iştirakı ilə 21-23 sentyabr günlərində Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirilərək, siyasi və KİV orqanlarının diqqətini cəlb etdi ... ardı
|
"Qarşılıqlı fikir-mübadiləsini davam etdirək!25.VIII.2007. GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir) ilə Müsavat Partiyasının sədri İsa Qəmbərin növbəti görüşlərində Güney Azərbaycan, bölgədə gedən proseslər, diasporamızın indiki vəziyyəti və gələcəkdə görülməsi lazım olan fəaliyyətlər barədə müzakirələr aparılaraq, qarşılıqlı fikir-mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulandı.
|
|
Üç nəsil firqəçi:
|
GAK MK, Şəhidlər və Fəxri Xiyabanda22.VII.2007. GAK sədri, növbəti Bakı səfərində, GAK Mərkəzi Komitəsini üzvü Cavidan Elbars və jurnalist Sədrəddin Soltan ilə birlikdə, şəhidlər və fəxri xiyabanlarını ziyarət etdilər. Görkəmli şəxsiyyətimiz Əbülfəz Elçibəyin vəfat günündə Onun məzarını ziyarət edən GAK məsulları, Elçibəyin xatirəsinin güney azərbaycanlılar tərəfindən daim uca yaşadılacağını göstərdilər. |
|
Azərbaycan Federal-Demokrat Hərəkatı təşkilatından yenilikVIII.2007. Avqust ayının 4 və 5-də, Azərbaycan Federal-Demokrat Hərəkatı adlanan təşkilatın Mərkəzi Şurasının növbəti plenumu keçirildi. İclasda, İcraiyyə Heyyətinin üzvü Hidayət Sultanzadə, İcraiyyə Heyyətinin məsulu Məhəmməd Azadgər və digərləri çıxış edərək, təşkilatın ikinci qurultaysonrası dövrdəki fəaliyyətləri dəyərləndirərək, müzakirələrdən sonra ... ardı |
Azərbaycan gənclərinin təşkilatlanmasında AzəriSİ-nin roluRüfət Əzizov: " ... Biz xaricdə şimal və cənub fərqlərimizi kənara qoyub bütün azərbaycanlı gənclərlə əl-ələ verib işləməliyik. ... 7 il ardıcıl keçirilən forumların xaricdə fəaliyyət göstərən gənclərin lobbiçilik - diaspora fəaliyyətinin inkişafında rolu şübhəsizdir. ... " ardı |
|
. |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa